Kainat.tv Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general İqor Romanenko deyib.
“Məlumat var ki, ruslar bu ilin oktyabrında istehsal etdikləri sistemləri raket alayına təhvil veriblər və döyüş növbəsinə çıxarıblar. Bura ortamənzilli, hipersəs və ballistik raketlər daxil ola bilər”, - general vurğulayıb.
Romanenko Rusiyanın son hücumlarda “Rubej” qitələrarası raketindən istifadə edə biləcəyini də iddia edib.
General Rusiyanın hazırda Ukraynaya qarşı belə raketlərdən istifadə etməsinin səbəbini də açıqlayıb:
“Bu, Putinin strateji səviyyəli cavabıdır. Bu, sadəcə bir tətbiq deyil, həm də onun mesajıdır. Putin mesaj verir ki, bu, ATACMS və “Storm Shadow”un istifadəsinə qoyulan qadağaların aradan qaldırılmasına cavabdır”.
“Defense Express” yazır ki, əvvəllər bu ad ictimaiyyətə məlum deyildi. Söhbət həm də rusların son hücumlarda istifadə etdikləri iddia olunan RS-26 “Rubej” qitələrarası ballistik raketindən gedir.