Qazaxıstanın Baş naziri Oljas Bektenov Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar əsas hərbi və mülki obyektlərin təhlükəsizliyinin təmin edilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsinə dair əməliyyat müşavirəsi keçirib.

Kainat.tv xəbər verir ki, bu barədə “Tengrinews.kz” məlumat yayıb.

Müdafiə naziri Ruslan Jaksylykov strateji və infrastruktur obyektlərinin mühafizəsi tədbirləri haqqında məlumat verib.

Bektenov bütün xidmətlərin işini gücləndirmək üçün vəzifələr qoyub. Baş nazir strukturların rəhbərlərinə prezidentin tapşırıqlarının icrasına ciddi nəzarət etməyi və vəziyyətlə bağlı dəyişikliklər barədə dərhal məlumat verməyi tapşırıb. //Publika.az