Ağdaş rayon İcra Hakimiyyəti Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində yol kənarında aparılacaq abadlıq işlərinin satınalınması üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tenderdə “Simmetriya” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib və 29.08.2024-cü ildə 602.988,26 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Qeyd edək ki, Ağdaş rayon İcra Hakimiyyətinin Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi Ağdaş rayon İcra Hakimiyyəti analoji işlərinaparılmasında heç bir xüsusi hüquqlara malik olmayan MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da əsaslı şübhələrə yol açır.
Şübhələrə keçməzdən əvvəl qeyd edək ki, “SİMMETRİYA” (VÖEN 8500147721) Məhdud Məsuliyyətli Cəmiyyəti Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsində 18.11.2002-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 39439.00 manat olan şirkətin hüquqi ünvanı Şəmkir rayonu, Dəllər ştq-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Ağa Xaqani oğludur.
“”Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu.
Bəs Ağdaş rayon İcra Hakimiyyətini lisenziyası barədə, satınalma müqaviləsinin icrası üçün peşəkarlıq və təcrübə, satınalma müqaviləsinin icrası üçün texniki imkanlarının və maddi-texniki baza, işçi qüvvəsi meyarları ilə bağlı tələblərə uyğun olmayan “Simmetriya” MMC ilə bir mənbədən satınalma müqaviləsi bağlamağa nə vadar edib?
Qeyd edək ki, Ağdaş Rayon İcra Hakimiyyəti Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi işlərinin satın alınması üzrə keçirdiyi tenderdə də “Simmetriya” MMC-ni qalib seçib. Bu satınalma müqaviləsi 07.10.2020-ci ildə bağlanılıb. Dəyəri isə 2.340.195,12 manat təşkil edib.
Elektron mediada 9 Oktyabr 2023-cü ildə yayılan xəbərdə Ağdaş rayon İcra Hakimiyyətinin məhkəməyə verildiyi bildirilir. Məlumata görə, iş adamı Ağayev Ağa Xəqani oğlu tərəfindən yerli icra hakimimiyyəti orqanı barəsində Şəki Kommersiya Məhkəməsinə müraciət olunub. RİH-in barəsində məhkəməyə müraciət edilməsi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr ilə bağlı olduğu bildirilir. Məhkəmə işinə hakim Mübariz Hüseynovun sədrliyi ilə baxılıb. Məhkəmənin kimi xeyrinə qərar çıxarması barədə məlumat yoxdu.Bu məlumatlarda adı keçən Ağa Ağayev “Simmetriya” MMC-nin qanuni təmsilçisidir. Şirkətin indiyə qədər Ağdaş RİH-in elan etdiyi milyonluq tenderlərin dəfələrlə qalibi olması bardə elektron mediada məlumatlar var. Amma sonradan rayon rəhbərliyi ilə aralarında mübahisələr yaranıb.
Bu müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən sonra “Simmetriya” MMC -nin bir daha Ağdaş rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olması şübhə doğurmurmu? Göründüyü kimi müqavilə birbaşa, bir mənbədən satınalma adı altında bağlanıb. Əslində isə İcra Hakimiyyəti 602 min manat dəyəri olan açıq tenderi “Simmetriya” MMC-yə verməklə mübahisələri sonlandırmış olub.
Xatırladaq ki, Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov olub. O, 12 ilə yaxın bu rayonun başçısı vəzifəsində çalışıb. Prezidentin 7 avqust 2024-cü il tarixli Sərəncamı ilə Ağdaş rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Hazırda rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə müvəqqəti icra edir. //Aktualinfo.org
Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?
24
oktyabr
16:30

Qarabağ
OXŞAR XƏBƏRLƏR
- TƏCİLİ! Ordumuz HƏRƏKƏTƏ KEÇDİ - Ermənistan TƏXRİBAT TÖRƏTDİ
- Putin və Zelenski Trampa ortaq hibrid SAVAŞ AÇIB: ABŞ isə indi həm Rusiya, həm də Ukraynanı TƏHDİD EDİR
- Beyləqanın icra başçısı xoruz döyüşdürdü? – Əziz Əzizovdan ŞOK ADDIM
- ABŞ-dan Putinin təklifinə SƏRT REAKSİYA: Ukraynanın idarəçiliyini xalq və Konstitusiya MÜƏYYƏN EDİR
- Evi başına uçurdulan vətəndaş şirkətdən 2 MİLYON MANAT istəyib?
- Milyonçu "TENDER KRALI" Hacı Ramazan Mirzəyevlə bağlı MƏLUMAT YAYILDI - icra başçısı ilə GÖRÜN NƏLƏR EDİB/VİDEO
- İranın dəhşətli Türkiyə PLANI: Onlar sərhədə GƏTİRİLİR, azərbaycanlılar isə…
- TƏCİLİ! İran raketlərini hazır vəziyyətə GƏTİRDİ
- Paşinyanın MƏKRİ: münaqişə Ermənistan ərazisinə KEÇƏ BİLƏR
- ABŞ İrana qarşı hərbi əməliyyat üçün SON HAZIRLIQLARA BAŞLADI – B2 bombardmançıları HƏRƏKƏTDƏ
- Ağ Evdə "U" DÖNÜŞÜ - Trampın Moskvaya qarşı şəxsi MƏYUSLUĞU ARTIR
- İrəvanın İKİLİ OYUNU: Bir tərəfdə SÜLH ÇAĞIRIŞI, digər tərəfdə TƏXRİBAT!
- Türkiyə böyük ordu ilə SAVAŞA GİRDİ? Ankara təcili "hücum" əmri VERDİ - GÜC DÖVLƏTLƏRİ ŞOKDA
- Ermənistan Rusiyanın "TƏHLÜKƏSİZLİK ÇƏTİRİ"nə can atır: İrəvan ABŞ səfirini və gizli "BİOLOJİ HƏRBİ BAZALAR"ını hədəfə ÇIXARTDI
- Ərdoğan Amerika və Rusiyanın planlarını DAĞITDI - masaya yeni PLAN GƏLDİ
- Avropa Birliyindən Qafqaza yeni SARSIDICI ZƏRBƏ PLANI: Fransa erməni faktorunu "REGİONAL XAOS"un mərkəzinə YERLƏŞDİRİR
- TƏCİLİ! Ordumuz HƏRƏKƏTƏ KEÇDİ - Ermənistan TƏXRİBAT TÖRƏTDİ
- Tramp böyük müharibəyə HƏ DEDİ, ABŞ ordusuna SAVAŞ ƏMRİ VERDİ - Döyüş təyyarələri bu ölkənin paytaxtın BOMBALAYIR
- Cərrah - Uroloq RƏŞAD ŞOLANIN səhvi ucbatından xəstə ömürlük ŞİKƏST OLDU
- ETSN-nin küçədə İTİRİLMİŞ SƏNƏDİNƏ sahib çıxan olacaqmı? FOTOFAKT
- SON DƏQİQƏ! Azərbaycanda kütləvi həbslər başladı: Siyahıda kimlər var?/FOTO
- Azərbaycanda ŞOK HADİSƏ: Dərs vaxtı şagird QAÇIRILDI - DİN təcili əməliyyat tədbirləri BAŞLATDI