Azərbaycan Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanı həbs etmək istəyir.

Kainat.tv Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.

Ermənistanın keçmiş prezidenti Xocalı soyqırımının iştirakçısı və təşkilatçılarından biridir. Sərkisyanın cinayət dosyesində separatçı-terrorçu fəaliyyətlərlə yanaşı, digər hərbi cinayətlər də var.

Azərbaycanda Sərkisyan barəsində müxtəlif ittihamlarla cinayət işi açılıb.