Rusiya-Ukrayna müharibəsi və nüvə təhdidinin aktuallaşması fonunda Ermənistanda Azərbaycanla yeni hərbi toqquşma iddiaları müzakirə olunur. Halbuki, COP29 tədbirindən sonra – dekabrda tərəflərin sülh müqaviləsinin mətni üzərində yenidən aktiv şəkildə işləyəcəyinə dair rəsmi açıqlamalar var. Ermənistan mediası isə COP29-dan sonra sərhəd boyu ərazilərdə gərginliyin artacağı iddialarını irəli sürür.
Kainat.tv xəbər verir ki, diqqətçəkən əsas iddia “Hraparak” nəşri tərəfindən irəli sürülüb.
Nəşr yazır ki, Paşinyan Əliyevin Konstitusiya dəyişikliyi və İstiqlal bəyannaməsindən imtina tələbini yerinə yetirməyi düşünür: “Lakin bunun üçün referendumu indi keçirə bilməz. Əvəzində erkən seçkilər keçirmək və qalib gəldikdən sonra bu məsələni həll etmək niyyətindədir. Lakin seçkinin nə vaxt keçirilməsindən asılı olmayaraq, Paşinyanın “sülh çağırışının” vacibliyini təsdiqləmək üçün təlatümlərin, xüsusilə hərbi toqquşmaların olması vacibdir. Bu halda prosesin məntiqi sonluğu danışıqlar və razılaşma olacaq”.
Nəşrin bu iddiası ictimai rəyi Paşinyan hakimiyyətinin addımlarına qarşı kökləmək olsa da, Ermənistanın sərhəd boyu ərazilərdə yeni təxribatlara əl ata biləcəyinin anonsu da hesab oluna bilər. Bu, baş verənlər – həm Bakı-İrəvan danışıqlarındakı vəziyyət, həm də Qərb-Rusiya qarşıdurması fonunda da mümkün ssenarilərdəndir.
Sərhəddə mümkün təxribatlar və eskalasiyanın yaranması Ermənistan hakimiyyəti üçün Azərbaycanın tələblərinin gündəmdən çıxarılması, yaxud qısamüddətli olsa da, gündəmi məşğul edərək, vaxt qazanmaq baxımından sərfəlidir. Bununla yanaşı, rəsmi İrəvan eskalasiya yaradaraq, sülhün əldə edilməsi üçün razılaşdırılmış bəndlər üzrə sazişin imzalanmasına beynəlxalq dəstək də qazanmağa çalışa bilər. Çünki mümkün hərbi gərginlik “sülhün qısa müddətdə əldə edilməsi” çağırışlarını da gündəmə gətirəcək.
Baş verə biləcək eskalasiya Rusiya ilə qarşıdurmanı Cənubi Qafqaza köçürmək istəyən Qərb üçün də sərfəli ola bilər. Söhbət Azərbaycan-Ermənistan sərhədində Rusiyaya qarşı hərbi cəbhənin açılmasından getmir. Burada məqsəd mümkün hərbi eskalasiyanın əsas götürülərək, Qərb ölkələrinin, xüsusilə Fransanın hərbi-jandarm kontingentinin bölgəyə gətirilməsi, beləliklə, Moskva qarşısında Cənubi Qafqaz cəbhəsində üstünlüyün əldə edilməsi ola bilər.
Ermənistan hakimiyyətinin sülhlə bağlı ritorik açıqlamaları, praktiki müstəvidə isə razılaşma mühitini çıxılmaz dalana doğru yönəltməsi də bu kontekstdə diqqət çəkir. İstisna deyil ki, rəsmi İrəvan qeyri-konstruktiv mövqeyi ilə hərbi gərginlik atmosferini də hazırlayır. //Publika.az
Nüvə riskinin sərhədimizə sıçrayan DALĞASI: İrəvan hücuma KEÇƏCƏK
22
noyabr
16:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Paşinyan tələbimizi QƏBUL ETDİ: İrəvan Bakı ilə RAZILAŞDI
Paşinyanın SÖZ OYUNU - Kazanda Əliyevə verdiyi o TƏKLİF...
Paşinyan növbədənkənar seçkiyə GEDIR: Əliyevin icazəsi lazımdır - DETALLAR
Paşinyan yolunu TAPDI – Bakının tələbi belə yerinə yetirilir
Paşinyan üçün SON SEÇİM: Referenduma getmədən Bakının tələbi İCRA EDİLİR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ