Bu gün Yardımlı Rayon İcra Hakimiyyətində Ailə Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönləndirilməsi məqsədilə 5 dekabr 2024-cü il tarixində Bakı şəhəri, Abşeron Marriot otelində keçiriləcək “Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla görüş keçirilmişdir.

Kainat.tv xəbər verir ki, görüşdə RİH başçısının muavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova  çıxış edərək  iştirakçılara form barəsində ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki,  Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" kimi qeyd olunur və bununla bağlı olaraq təbiətin qorunmasına diqqətin artırılması üçün müxtəlif tədbirlər həyata keçirilir.

Qeyd olunmuşdur ki, cari ilin 11- 22 noyabr tarixlərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun  göstəricisi, eyni zamanda Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsidir.  Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır. 

Sonda uşaqlara lazımi tövsiyələr verilmiş, iştirakçı vərəqələri təqdim edilmişdir.