Salyan rayonunun Şorsulu kəndində “Mersedes” markalı yük avtomobilinin kabinəsi, 3 ədəd ön təkəri və qoşqusunun üzərinə çəkilən tent qismən yanıb.
 
Kainat.tv xəbər verir ki, bu barədə FHN-dən bildirilib. 
Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.
 
Yük avtomobilininin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. //Sfera.az