Qeyd edək ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanası bir mənbədən keçirdiyi bu tenderdə satın alınan predmet bəlli deyil. Odur ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının yarım milyon manatlıq satınalması ətrafında araşdırma aparmalı olduq. Məlum oldu ki, “Qubadoğlu” MMC Ağcabədi rayonu Aşağı Avşar kəndində ət kəsimi-satışı ilə məşğul olur. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirəcək ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.qurbanliq.satish.az linkə daxil olmaqla əldə etmək olar.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QUBADOĞLU” (VÖEN: 1604035851) Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.06.2020-ci il tarixdə 8 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, KEŞLƏ ŞTQ, 1-Cİ KÖNDƏLƏN, ev 23, m. 4/1A, qanuni təmsilçisi kimi isə Məhərrəmov Vüsal Qubad oğlu qeyd olunub.
Bundan əlavə elektron medianın 2024-cü ilin fevralında yaydığı yaydığı məlumata görə “Qubadoğlu”MMC-yə qarşı İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə ittiham irəli sürülüb. İşə Nizami Rayon Məhkəməsində Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq.
Daha bir məlumatda isə “Qubadoğlu”MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə iş başlanıb. İşə Xəzər Rayon Məhkəməsində baxılacaq. Hüseyn Hüseynli iş üzrə hakim təyin edilib.
Qeyd edək ki, 483-cü maddədə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tulur.
Göründüyü kimi, “Qubadoğlu”MMC-nin adı təkrar olunan bir sıra şübhəli maliyyə əməliyyatlarında hallanır. Bəs necə olur ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanası adı belə şübhəli maliyyə əməliyyatlarında hallanan bir MMC ilə yarım milyon manat dəyərində satınalma müqaviləsi bağlayıb.
Bu hələ hamısı deyil. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanası “Qubadoğlu”MMC 2024-cü ildə daha iki satınalma müqaviləsi bağlayıb.
Bir mənbədən satınalma metodu ilə 33.026,54 manat dəyərində müqavilə 04.06.2024-cü ildə, 257.232,43 manat dəyərində müqavilə 04.06.2024-cü ildə. Göründüyü kimi Salyan Rayonlararası Psixiatriya Xəstəxanası son 7 ayda “Qubadoğlu”MMC ilə ümumi dəyəri 792 913 manat olan 3 satınalma müqaviləsi bağlayıb. Hamısı da bir mənbədən satınalma metodu ilə.
Bəs satınalmalarda bir mənbədən satınalma metodu nə vaxt tətbiq edilə bilər? “Dövlət Satınalmaları Haqqında” Qanunun 49-cu maddəsinə görə: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:
Göründüyü kimi Salyan Rayonlararası Psixiatriya Xəstəxanası təcili tələbatı açıqlamadan, xüsusi hüquqlara malik olmayan, onlarla əvəzedicisi və alternativi olan, bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalma prosesində qanun pozuntularına yol verildiyinə əsaslı şübhələr yaradır.
Qeyd edək ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Allahverdi Bəylərovdu. O, bu vəzifəyə 2017-ci ilin avqust ayında təyin olunub. 1984-1992-ci illərdə Ağdam Mərkəzi Rayon Xəstəxanasında həkim işləyib. 1992-95-ci illərdə Ağdamda cəbhə bölgəsində olub. 2000-ci ildə ixtisasdəyişmə kursunu keçərək “Psixiatr” ixtisasına yiyələnib. 1996-cı ildən isə Daxili İşlər Nazirliyində həkim işləyib. 2000-2015-ci illərdə Ədliyyə Nazirliyinin Perinatal Xidmətində həkim-ordinator və şöbə rəisi işləyib.
Qeyd edək ki, 150 çarpayılılıq Salyan rayonlararası Psixiatriya xəstəxanası 1963 cü ildən fəaliyyət göstərir. Xəstəxana Salyan rayon sakinləri ilə yanaşı Biləsuvar, Neftçala, Hacıqabul, Ucar, Zərdab, Ağsu, Saatlı, Sabirabad rayonlarını və Şirvan şəhərinin sakinlərinə tibbi xidmət göstərir. 2013-cü ildə xəstəxana üçün 100 çarpayıq yeni korpus tikilib istifadəyə verilmişdir.
Xatırladaq ki, Allahverdi Bəylərovun rəhbərlik etdiyi xəstəxanada 2021-ci ilin avqustunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xəstəxananın baş həkimi vəzifəsini icra edən, 1-ci Psixiatriya şöbəsinin müdiri Kərimov Yaşar Məlik oğlunun əlillik dərəcəsi təyin edilməsi üçün əsas olan xəstəliyini təsdiq edən sənədin verilməsi müqabilində xəstəxanada stasionar müalicə almayan Məmmədov Sahib Vafiq oğlundan (ad şərtidir) müxtəlif vaxtlarda xəstəxananın Salyan rayonu ərazisində yerləşən inzibati binasında 800 manat pulu rüşvət kimi almasına əsaslı şübhələr müəyyən edilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib, habelə prokurorluğun təqdimatı əsasında məhkəmə qərarı ilə vəzifədən kənarlaşdırılıb. //Aktualinfo.org
Ağcabədidə MAL KƏSƏN “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı GÖRÜN NƏDİR!?
18
yanvar
19:45
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“SAR TRADE” MMC-nin arxasında duran QÜVVƏ KİMDİR? – TƏBİB, yoxsa…
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
At, eşşək və murdar ət satanlara BƏD XƏBƏR: 10 il HƏBS - Yeni cəzalar GƏLİR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ