ABŞ kəşfiyyat mənbələrinə istinadən yayılan yeni məlumatlar Vaşinqton və Pekin arasında gərginliyi daha da artırıb.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, “The National Interest” nəşrinin yazdığına görə, Çin peyk şirkətlərindən biri ABŞ hərbi aviasiyasına aid obyektlərin yüksək keyfiyyətli peyk görüntülərini İrana təqdim edib.
Məlumata əsasən, yayılan peyk şəkillərində uçuş-enmə zolaqlarında dayanan Amerika qırıcı təyyarələrinin dəqiq görüntüləri əks olunub. Bildirilir ki, bu məlumatlar İran tərəfinə ABŞ hərbi aktivlərinin yerləşdiyi məkanlar barədə daha detallı koordinatlar əldə etməyə imkan yarada bilər.
Bununla yanaşı, iddialara görə, Çin Dubayda yerləşən və Pentaqonun yüksək rütbəli zabitlərinin qaldığı otellərin dəqiq siyahısını da Tehrana ötürüb. Həmin siyahıda konkret məkanların və obyektlərin ünvanlarının yer aldığı bildirilir.
Mənbələr qeyd edir ki, Pekinin ən müasir xəritələşdirmə və peyk müşahidə texnologiyalarını ilk dəfə bu səviyyədə Tehrana təqdim etməsi ABŞ hərbi personalını potensial təhlükə ilə üz-üzə qoya bilər.
Bu arada Pentaqonun keçmiş əməkdaşı, hərbi ekspert Meri Bet Lonq məsələ ilə bağlı olduqca sərt açıqlama verib. Onun sözlərinə görə, bu addım regiondakı güc balansına ciddi təsir göstərə bilər.
“Bu çox təhlükəli və oyun dəyişdirən bir gedişdir. Çünki bu, İrana ölkə xaricində olan son dərəcə dəyərli ABŞ hədəflərini hədəf almağa və vurmağa imkan verib. Çin bununla həm də kosmik peyk sahəsində imkanlarını sınaqdan keçirir. Etiraf etmək lazımdır ki, Çin bu sahədə ABŞ üçün real rəqibə çevrilib. İranın son dəqiq zərbələrində Çinin rolu xüsusidir. Mənbələrim Çinin peyk sahəsində İrana vacib dəstəyini etiraf edir. Bir sözlə, Pekin bir güllə atmadan Yaxın Şərqdə ABŞ-nin çəkindirmə gücünə ciddi zərbə endirdi”, – deyə o bildirib.
Vaşinqton üçün TƏHLÜKƏLİ SIZMA: Çin ABŞ hərbçilərinin yerləşdiyi məkanları AÇIQLADI
08
mart
10:06
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Rusiya İrana görə ABŞ-la qarşıdurmaya GİRƏCƏKMİ? – İqor Pankratenko ilə MÜSAHİBƏ
Tramp niyə sülhə tələsir? - Ağ Ev və Pekinin Rusiya uğrunda savaşı
Ağ Evin Pekini məğlub etmək planı yenə iflasa uğradı: Rusiya ilə yanaşı, ABŞ da Çindən asılı vəziyyətə düşür
Pekin Kremli “STRATEJİ TƏLƏ”yə salmağı bacarıb: Rusiya Çinin “ GİZLİ İŞĞAL ” taktikasına MƏĞLUB OLUR
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI