İranda son hadisələr ölkədə real hakimiyyətin kimlərin əlində olması sualını yenidən gündəmə gətirib. Ali dini liderin öldürülməsindən sonra siyasi sistemdə yaranan boşluq hələ də doldurulmayıb, yeni lider seçilməyib. Bu fonda prezident Məsud Pezeşkian faktiki olaraq qərarvermə prosesindən kənarda qalıb və ölkədə təşəbbüsün əsasən hərbi dairələrin, xüsusilə də SEPAH rəhbərliyinin əlinə keçdiyi barədə müzakirələr güclənib. Analitiklərin fikrincə, regionda artan gərginlik, qonşu ölkələrə raket və dron hücumları ilə müşayiət olunan sərt addımlar da məhz bu hərbi xəttin nəticəsi kimi qiymətləndirilir. Bu isə İranın gələcəyinin hansı istiqamətə yönələcəyi ilə bağlı ciddi suallar doğurur.
Kainat.tv Musavat.com-a istinadən bildirir ki, mövzu ilə bağlı danışan politoloq Elxan Şahinoğlu deyib ki, müharibəni aparanlar və qonşu ölkələri raket və dron atəşinə tutan SEPAH generallarıdır:
"Strateji düşünə bilməyən bu generallar İranı daha ağır təlatümlərə sürükləyirlər.
Belə ki, İranın Azərbaycan ərazisinə dron zərbəsi yalnız iki ölkə arasındakı münasibətləri gərginləşdirmədi, İranın böyük ümid bəslədiyi Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti qeyri-müəyyən dövrə qədər dayandırıldı, idxal-ixrac əməliyyatları dondurulub. Və ya İran günlərdir Birləşmiş Ərəb Əmirliklərinə zərbələr endirir. Birləşmiş Ərəb Əmirlikləri buna cavab olaraq İranın milyardlarla dollarlıq aktivlərini dondurmağa qərar verib.
Məlum olub ki, Birləşmiş Ərəb Əmirliklərini hədəf seçən İslam Keşikçiləri Korpusunun bu ölkədəki banklarda müxtəlif hesabları var. İslam Keşikçiləri Korpusu bu hesablar vasitəsilə Qərbin sanksiyalarından yayınır və pul kütləsini gizlətməyə çalışırdı. Yəni İrandakı radikal güclər oturduqları budaqları kəsirlər".
“Müharibəni SEPAH GENERALLARI aparır” - İranda hakimiyyət uğrunda GİZLİ SAVAŞ
07
mart
09:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
SEPAH Məsud Pezeşkianı KƏNARLAŞDIRIB, yoxsa onun SƏLAHİYYƏTLƏRİ ARTIB?
İranda hakimiyyət mexanizmi NECƏ İŞLƏYİR? – Ali lider, Məclisi-Xubreqan və SEPAH-ın REAL ÇƏKİSİ
Professor yazır: "ƏBƏDİYYƏTƏ ÇEVRİLƏN LİDER PORTRETİ"
“İlk iki həftə İran üçün KRİTİK DÖVRDÜR, iqtisadi böhran baş verərsə…” – Fərid Şəfiyevlə MÜSAHİBƏ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI