Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Yaxın Şərqdəki gərginlik fonunda Avropanın enerji təhlükəsizliyi və Rusiyanın bu prosesdəki rolu ilə bağlı mühüm açıqlamalar verib.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, Peskov hazırda Avropa İttifaqı ölkələrindən enerji daşıyıcılarının tədarükünün bərpası və ya həcminin artırılması ilə bağlı rəsmi Moskvaya heç bir müraciətin daxil olmadığını bildirib.
Kreml rəsmisi qeyd edib ki, İrandakı hərbi əməliyyatlar səbəbindən qlobal enerji bazarlarında qiymətlərin kəskin artmasına baxmayaraq, Avropa paytaxtları hələ ki sükut nümayiş etdirirlər. Peskov həmçinin Macarıstan və Slovakiya kimi Rusiya neftini alan ölkələrin vəziyyətinə toxunaraq, bu dövlətlərin Kiyev tərəfindən birbaşa şantajla üzləşdiyini iddia edib.
Onun sözlərinə görə, Ukrayna tranzit imkanlarından siyasi təzyiq vasitəsi kimi istifadə edərək Avropanın enerji təhlükəsizliyini riskə atır. Bəyanatın sonunda qlobal təhlükəsizlik məsələlərinə də diqqət çəkən Peskov vurğulayıb ki, nüvə çəkindirmə siyasəti hazırda dünyada sabitliyin yeganə və fundamental təməl daşı olaraq qalmaqdadır.
Rusiya rəsmisinin bu çıxışı Qərbin İrana qarşı sanksiyalar və hərbi zərbələr fonunda enerji böhranı ilə təkbaşına mübarizə aparmaq məcburiyyətində qaldığına bir işarə kimi qiymətləndirilir.
İrandakı "alov" Avropanı YANDIRIR: Qərb Rusiyadan kömək istəməyə CƏSARƏT ETMİR?
04
mart
15:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qərb indi də Rusiyanı buraxıb, Ukraynaya SAVAŞ AÇIR: Zelenski isə ABŞ büdcəsini "TALAMAQDA" SUÇLANIR
Azərbaycanla Slovakiya arasında QAZ SAZİŞİnin müddəti uzadıla bilər
Tramp Putini qlobal izolyasiyadan ÇIXARIR: Fransa Rusiya ilə yaxınlaşmağa çalışan Almaniyaya siyasi SAVAŞ AÇIR
Prezidentin təsdiqlədiyi saziş: Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI