İranın sabiq prezidenti Həsən Ruhaninin ofisi Fransanın “Le Figaro” qəzetində dərc olunan məlumatı təkzib edib. Bildirilib ki, Ruhani yanvar etirazları zamanı ölkənin ali dini lideri Əli Xameneini vəzifədən kənarlaşdırmağa cəhd göstərməyib.
Kainat.tv-nin xəbərinə görə, ofis bəyan edib ki, irəli sürülən ittihamlar “yalan, uydurma və ABŞ ilə İsrail mənbələrinin psixoloji əməliyyatının tərkib hissəsidir”.
Qeyd edək ki, bu yaxınlarda “Le Figaro” nəşri mənbələrə istinadən yazıb ki, yanvar ayında İranda baş verən etirazların qızğın vaxtında Əli Xameneinin devrilməsi ilə bağlı cəhd hazırlanıb.
İddiaya görə, təşəbbüs yanvarın 7-dən 8-nə keçən gecə, etirazların pik həddinə bir gün qalmış formalaşıb və plana sabiq prezident Həsən Ruhani rəhbərlik edib.
Məlumata əsasən, plan ölkənin Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaninin dəstəyinin olmaması səbəbindən baş tutmayıb. Həmçinin bildirilib ki, ölkə prezidenti Məsud Pezeşkian məlumatın sızmasının qarşısını almaq məqsədilə müzakirələrdən kənarda saxlanılıb.
Mənbələrin iddiasına görə, hadisə üzə çıxdıqdan sonra Həsən Ruhani və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif bir neçə gün ev dustaqlığında saxlanılıb, onlarla əlaqəli bir sıra islahatçı funksionerlər isə həbs edilib. //Musavat.com
İranda gizli ÇEVRİLİŞ PLANI - Sabiq prezidentə ŞOK İTTİHAM
25
fevral
16:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezidentin Kiselyova müsahibəsi DÜNYA MEDİASININ diqqət mərkəzində - FOTO
Əliyevin İrana xəbərdarlığının gözlənilən EFFEKTİ - bir səfərin GERÇƏKLİYİ...
İranın Azərbaycana qarşı ideoloji HÜCUM ALƏTİ: Molla Həsənlə bağlı YENİ FAKTLAR
Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar
Azərbaycanla sərhəddə GİZLİ TOPLANTI - Kremlin çevriliş SSENARİSİ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI