Qaradağ rayonu, Qobu park 8 ünvanında baş verən qanunsuz tikinti artıq şəhərsalma qaydalarının kobud şəkildə pozulmasının açıq nümunəsinə çevrilib. “Heqiqixeber.az” xəbər portalına daxil olan məlumatlara görə, abadlaşdırılmış sahədə kürə təndir evi tikilir. Məsələ yalnız tikintinin qeyri-qanuni olması ilə bitmir; burada həm də dövlət orqanlarının vəzifə səlahiyyətlərindən sui-istifadə ehtimalı gündəmə gəlir.
Məlumata görə, obyektin sahibi Çinarə xanım bu sənədsiz və qanunsuz yeri özbaşına mənimsəyərək, tikinti işlərinə başlamışdır. Daha da diqqətçəkən məqam odur ki, o iddia edir ki, Qaçqınkom-dan Səbuhi müəllim həmin torpağı ona verib və “tik, arxanda mən durmuşam” deyə bildirib. Bu cür açıqlama yalnız qanunsuzluğun legitimləşdirilməsi cəhdi kimi qiymətləndirilə bilər və vətəndaşlar arasında ciddi etimadsızlıq yaradır.
Park və abadlaşdırılmış sahələr yalnız ictimai istifadəyə aiddir və burada aparılan hər hansı tikinti şəhərin estetik görünüşünə, ekoloji tarazlığa və vətəndaş hüquqlarına zərbə vurur. Dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz tikintiyə göz yumması və ya dəstək verməsi həm korrupsiya şübhələrini artırır, həm də qanun qarşısında bərabərsizliyi nümayiş etdirir.
Kainat.tv xəbər verir ki, Qobu parkındakı bu vəziyyət bir daha göstərir ki, ictimai yerlərin qorunması və qanunlara riayət etmək hər bir vəzifəli şəxsin məsuliyyətidir. İctimai maraq və hüquqlar şəxsi maraqlardan üstün tutulmalıdır. Qanunsuz tikintilərə göz yumulması, birbaşa olaraq cəmiyyətin qayda-qanuna inamını sarsıdır və dövlətin nüfuzuna zərbə vurur.
Belə hallara qarşı sərt hüquqi tədbirlər görülməli, tikinti dayandırılmalı və məsuliyyət daşıyan şəxslər qanun qarşısında cavab verməlidir. Qobu parkı və onun kimi abadlaşmış ərazilər hər bir vətəndaşın istirahət və sosial istifadəsinə aiddir – şəxsi maraqların qurban verilməsi isə qəbuledilməzdir. Fövqəladə Hallar Nazirliyi, Şəhərsalma və Arxitektira Komitəsi və Qobu Park yaşayış parkının rəhbəri bu qanunsuz tikinti barəsində ciddi ölçü götürələcəyinə əminik. //Heqiqixeber.az
Məsələ diqqətimizdə saxlayırıq.
Adıçəkilən qurumların mövqeyini dərc etməyə hazırıq
Qobu Parkı 8-də QANUNSUZLUQ?! Dövlət orqanları və vəzifə sui-istifadəsi ÜZƏ ÇIXDI?
05
fevral
18:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qrant qazanan özəl bağçalarda qiymət qalmaqalı - Nazirlik aydınlıq gətirdi
KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir — ŞİKAYƏT
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI