ABŞ səfirliyi “Qarabağ” futbol klubunu UEFA Çempionlar Liqasının "play-off" mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.
Bu barədə səfirliyin sosial şəbəkə hesabında təbrik mesajı yerləşdirilib.
"ABŞ səfirliyi “Qarabağ” futbol klubunu UEFA Çempionlar Liqasının "play-off" mərhələsinə yüksəlməsi münasibətilə səmimi qəlbdən təbrik edir. Bu, Azərbaycan futbolu tarixində ilk belə nailiyyətdir! Bu uğur Avropanın ən mötəbər futbol səhnəsində nümayiş etdirilən əzmkarlığın, yüksək intizamın və peşəkar ustalığın nəticəsi olan ardıcıl güclü çıxışların məntiqli yekunudur.
ABŞ iyun ayında FIFA Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşarkən, idmanın insanları bir araya gətirmək, sərhədləri və mədəni fərqləri aşmaq kimi bənzərsiz gücünü bir daha xatırlayır. Dünyanın dörd bir yanında azarkeşlərə futbolun sevincini yaşadan daha çox unudulmaz anların olacağına inanırıq!", - qeyd edilib.
Kainat.tv
ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib
29
yanvar
18:38
Qarabağ
OXŞAR XƏBƏRLƏR
"Qalatasaray" - "AZ Alkmaar" oyununa təyinat alan azərbaycanlı kimdir? - "MƏN ARTIQ İSTANBULDAYAM"
Prezident “Qarabağ”ı Kopenhagendən təbrik etdi - Foto
Ceyhun Bayramov İtaliyada "Qarabağ"ın oyununu izləyib - FOTO
"Qarabağ"ın baş məşqçisi: "Əfsuslar olsun ki, böyük hesabla məğlub olduq"
Tehrandakı səfirliyimizə terror hücumundan iki il ötür
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI