Bakıxanov qəsəbəsi, Rəhmanov küçəsinin sakinləri Mediatv.az-ın redaksiyasına müraciət edərək ciddi və təhlükəli bir problemdən narahat olduqlarını bildirirlər. Onların sözlərinə görə, küçədə sahibsiz itlərin sayı sürətlə artıb və bu heyvanlar tez-tez insanlara, xüsusilə də uşaqlara və yaşlılara hücum edir.
Kainat.tv xəbər verir ki, sakinlər deyirlər ki, artıq axşam saatlarında küçəyə çıxmaq qorxulu hala çevrilib. Uşaqlar məktəbə tək gedə bilmir, valideynlər isə hər gün övladlarının təhlükəsizliyi üçün narahatlıq keçirir. Hücum halları ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, indiyədək ciddi və davamlı tədbir görülməyib.
Məsələnin ən narahatedici tərəfi isə icra strukturlarının bu problemə faktiki olaraq biganə qalmasıdır. Nə yerli icra nümayəndələrindən, nə də məsul kommunal və baytarlıq qurumlarından real reaksiya var. Sakinlər bildirir ki,eyni mənzərə ilə tez-tez təkrarlanır.
Sual yaranır: insanların həyat və sağlamlığına birbaşa təhlükə yaradan bu məsələ nə vaxtadək diqqətdən kənarda qalacaq? Hadisə baş verəndən, bir uşaq xəsarət alandan və ya daha ağır nəticə ortaya çıxandan sonramı tədbir görüləcək?
Bakixanov qəsəbəsi Bakının mərkəzinə yaxın ərazilərindən biridir və burada belə bir nəzarətsizlik qəbuledilməzdir. Sahibsiz heyvan problemi yalnız “gözəgörünməz” etmək yox, sistemli və humanist şəkildə həll olunmalıdır. Bu isə yalnız məsul qurumların susqunluğu dayandırıb konkret addımlar atması ilə mümkündür.
Redaksiyamız məsələni diqqətdə saxlayır və aidiyyəti icra strukturlarından Rəhmanov küçəsinin sakinlərinə aydın, rəsmi və əməli cavab gözləyir. İnsanların təhlükəsizliyi heç bir halda səssizliyin qurbanı olmamalıdır. //Mediatv.az
Sakinlər özlərini TƏHLÜKƏDƏ HİSS EDİR... - VİDEO
28
yanvar
17:15
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI