Yanvarın 26-da kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad olunan Sarvan Cəfərovun daha yüksək posta təyin ediləcəyi gözlənilir.
Özəl mənbələrdən əldə etdiyimiz xəbərə görə, o, hazırda boş olan ekologiya və təbii sərvətlər naziri vəzifəsinə əsas namizəd sayılır.
Mənbə iddia edir ki, Sarvan Cəfərovun işdən çıxarılması da bununla bağlıdır.
Məlumata görə, 40 yaşlı məmur vəzifədə olduğu müddətdə işinin öhdəsindən gələ bilib. Ona görə də onun kənd təsərrüfatı nazirinin müavinliyindən uzaqlaşdırılması işdə yol verdiyi hər hansı nöqsanla bağlı deyil. Bunun iki səbəbi var:
Birinci, Sarvan Cəfərov həmin vəzifəyə hazırda Ali Məhkəmənin sədri olan İnam Kərimov kənd təsərrüfatı naziri işlədiyi dövrdə təyin olunmuşdu. İndi isə nazir Məcnun Məmmədov öz komandasını formalaşdırır. Ona görə də S.Cəfərov işdən çıxarılıb. Onun yerinə nazirin ən yaxın adamlarından biri olan Zaur Əliyev təyinat alıb.
İkincisi və ən əsası S.Cəfərovun artıq bir ildir vakant olan ekologiya və təbii sərvətlər naziri postuna təyin olunmasına razılıq var. Ona görə də nazir müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, o, Ali Məhkəmənin sədri İnam Kərimovun əsas kadrlarından biri sayılır. S.Cəfərovun az qala bütün kariyerası İ.Kərimovla bağlıdır. O, 2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnam Kərimovun köməkçisi, 2018-2023-cü illərdə Kənd Təsərrüfatı Nazirliyində onun əvvəl köməkçisi, sonra isə müavini olub.
Xatırladaq ki, Cəfərov Sarvan Elxan oğlu 1985-ci ilin 28 oktyabrında anadan olub.
1992-2003-cü illərdə Bakı şəhərindəki 178 saylı orta məktəbdə təhsil alıb.
2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr təhsili alıb. 2007-2008-ci illərdə hərbi xidmətdə olub.
2008-2010-cu illərdə milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə Bakı Dövlət Universitetində magistr təhsili alıb.
2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi işləyib.
2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.
2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə olunması (MBA) ixtisası üzrə magistr təhsili alıb.
2015-2017-ci illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsili alıb.
2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantı olub.
2018-ci iln aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi olub.
2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib.
2020-ci ilin mart ayından iyul ayına kimi Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.
2020-ci il iyulun 30-da Prezidentin sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.
2026-cı il yanvarın 27-də kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib.
Evlidir, 3 övladı var.(“Yeni Sabah”)
Kainat.tv
Sarvan Cəfərov ekologiya və təbii sərvətlər naziri olacaq? - TƏYİNAT GÖZLƏNİLİR
28
yanvar
13:22
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun unikal kadrları - “Şərikli çörək kolxozu”
“İNDİYƏ KİMİ AQRAR SAHƏNİN İNKİŞAF KONSEPSİYASI YOXDUR” – “Nazir 9 hektarda nə əkdi, nə becərdi ki, cəmi 14.000 manat gəlir əldə etdi?”
Dövlət Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq – Vətəndaşdan redaksiyamıza sensasion məktub-
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
Məcnun Məmmədov nazirliyi “şumladı” -Nazirə ağır ittihamlar
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI