Kainat.tv Bizimesr.az xəbər verir ki, bununla bağlı icra başçısı Vasif İmanov müvafiq əmrlər imzalayıb.
Belə ki, icra başçısı köməkçisi Məmmədcəfər Məmmədzadəni vəzifəsindən azad edərək, onu yeni yaradılan Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoruna baş məsləhətçi təyin edib. Ləğv edilmiş Rayon təsərrüfatı şöbəsinin müdiri Mirağa Nağıyev isə başçının köməkçisi təyin olunub.
İcra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Babək Əliyev bu postdan kənarlaşdırılaraq, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoruna aparıcı məsləhətçi vəzifəsinə təyinat alıb.
İnformasiya təminatı və təhlili sektoru ləğv edildiyindən onun müdiri Rüfət Əhmədov da yeni yaradılan Ərazi-təşkilat məsələləri sektoruna baş məsləhətçi təyin olunub. Struktur dəyişikliyi nəticəsində Hüquq şöbəsi ləğv edilib və onun müdiri Samir Hüseynov yeni yaradılan Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinə rəhbər təsdiqlənib.
Ləğv edilmiş Rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləmiş Emin Süleymanov da yeni yaradılan Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoruna müdir (baş memar) təyinatı alıb. Ləğv olunmuş Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Etibar Quliyev isə Hüquq və kadr məsələləri sektoruna müdir təyin edilib.
Kadr islahatı, yoxsa YERDƏYİŞMƏ? - Bu icra başçılarının əsl PLANI NƏDİR?
27
yanvar
18:32
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI