Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin bir qrup əməkdaşı qurumda kütləvi işdən çıxarılma hallarının baş verdiyini iddia edir.
Müraciət edən və adlarının açıqlanmasını istəməyən həmin şəxslərin sözlərinə görə, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi onlardan öz ərizələri ilə işdən çıxmağı tələb edir.
“Bəzilərimiz fəhlə işləyirik, bəzilərimiz küçə süpürürük, dalandarıq. 2026-cı ilin yanvar ayından bizi işdən çıxarmağa başlayıblar. İşçilərin Nazirlər Kabinetinin qərarına əsasən işdən çıxarıldığını deyən rəhbərlik bizi ixtisar etmir. Bizə ərizə yazıb işdən öz xahişimizlə çıxmağı əmr edirlər. Əks halda bizi işdən əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında işdən qovacaqlarını deyirlər. Hər gün biz fəhlələrə işdən çıxmaq ərizəsini yazdırmaq üçün briqadirlər və sahə rəisləri tərəfindən təzyiq edilir”, – redaksiyamıza müraciət edən şəxslər bildirirlər.
Müvafiq sorğuya cavab olaraq Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən Yeniavaz.com-a verilən açıqlamada bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 2025-ci il tarixli, 408 nömrəli qərarına əsasən Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində struktur dəyişiklikləri aparılır:
“İlkin mərhələdə MKTİB-də çalışan və əmək müqaviləsinin müddəti başa çatan, həmçinin yaş həddi ilə bağlı əmək pensiyasına çıxan işçilərlə əmək müqaviləsinə xitam verilir. Nazirlər Kabinetinin yeni qərarı hazırda MKTİB-nin fəhlə və dalandar ştatlarında çalışan işçilərə şamil edilmir. “Bizə ərizə yazdıraraq işdən öz xahişimizlə çıxmağımız tələb olunur. Əks halda bizi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxaracaqlarını bildirirlər. Hər gün briqadirlər və sahə rəisləri tərəfindən fəhlələrə təzyiq göstərilir” iddiaları isə tamamilə əsassızdır. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi fəaliyyətinin təkmilləşdirilməsi prosesini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq həyata keçirir”.Yeniavaz.com
Kainat.tv
Gəncədə Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin bir qrup əməkdaşı məcburi işdən çıxarılır?
26
yanvar
14:53
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Gəncədə işdən öz ərizəsi ilə çıxmayanlar “ç” bəndi ilə hədələnir?
Daha nə baş verməlidir ki, Hicran Əyyubova Tovuz Sosial-İqtisad Kollecindəki vəzifəsindən uzaqlaşdırılsın
Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
BAKI OĞRUSU: Zülfəli İsmayılov paytaxtımızı BELƏ XIRID EDİR... -MALƏSƏF, BU FAKTDIR...
Mahir Əliyev “QLOBUS-23” MMC-ni Samuxda hansı üsullarla qalib seçib – Antiinhisar hara baxır?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI