Abşeron rayonunda fəaliyyət göstərən zavoddan yayılan tüstü və səs-küy sakinlərin narazılığına səbəb olub.
XALQ-ın məlumatına görə, rayonun “Quşçuluq massivi”, Nəsimi küçəsi 85 ünvanında yaşayan sakinlər ərazidəki “Uğur” adlı zavoddan şikayətçidirlər.
Onlar iddia edirlər ki, zavoddan yayılan tüstü və səs onları təngə gətirib.
Sakinlər iddiasına görə, problemlə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, faydası olmayıb.
Sakinlərin şikayəti ilə bağlı üz tutduq həmin zavoda. Zavod rəhbərliyi burada boya, üzlük və digər məhsullar istehsal olunduğunu və yüksək səs-küy yaranmadığını bildirdi. Zavoddan tüstü yayılmasına gəlincə, qeyd edildi ki, əvvəllər tüstü ilə bağlı avadanlıqlarda problem olsa da, hazırda tam təmir olunub. O da vurğulandı ki, zavod fəaliyyətə başladığı illərdə həmin ərazidə evlər olmayıb, sonradan tikilib.
Abşeron Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən problemlə bağlı yaxınlıqda yaşayan sakinlərdən quruma müraciət daxil olub. Bununla bağlı araşdırma aparılacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də məsələnin araşdırılacağı və fakt təsdiqini taparsa, qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirildi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Kainat.tv
“Giper” “Fiber” istehsal edən zavoddan şikayət-Video
23
yanvar
18:58
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qrant qazanan özəl bağçalarda qiymət qalmaqalı - Nazirlik aydınlıq gətirdi
BAKI OĞRUSU: Zülfəli İsmayılov paytaxtımızı BELƏ XIRID EDİR... -MALƏSƏF, BU FAKTDIR...
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
“Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır – SİYAHI
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI