Hər iki ayağı amputasiya olunmuş ağır şəkər xəstəsi Mayis Məcidovun dərman təminatı süni şəkildə azaldılıb. Redaksiyamıza müraciət edən vətəndaş bildirir ki, həkimin “dozanı artırın” rəyinə baxmayaraq, Siyəzən rayon poliklinikası xəstənin həyati əhəmiyyət kəsb edən dərmanlarını kəsib.
Yenicag.az-ın redaksiyasına daxil olan şikayətə görə, ağır şəkər xəstəliyindən əziyyət çəkən və əlilliyi olan Mayis Məcidov hazırda çıxılmaz vəziyyətdədir. Uzun müddətdir sözügedən tibb müəssisəsindən dərman alan şikayətçi bu aydan etibarən poliklinika rəhbərliyinin qeyri-insani yanaşması ilə üzləşib.
M. Məcidovun sözlərinə görə, son vaxtlar şəkər göstəricilərinin kəskin yüksəlməsi səbəbindən müalicə həkimi dərman dozasının artırılmasını tövsiyə edib və bu barədə rəsmi tibbi rəy təqdim olunub. Vətəndaş həkim rəyinə əsasən dərmanın əvvəlkindən bir ədəd artıq verilməsini xahiş etsə də, poliklinikadan tam əks cavab alıb.
Belə ki, poliklinika rəhbərliyi bu ildən etibarən dərman təminatına “limit” qoyulduğunu əsas gətirərək, nəinki əlavə dərman verməyib, hətta vətəndaşın indiyədək aldığı dərman sayını da bir ədəd azaldıb. Bu yanaşma ağır xəstə və fiziki məhdudiyyətli şəxs üçün faktiki olaraq həyati risklərin artması deməkdir.
Məsələ ilə bağlı ciddi suallar yaranır:
Əgər həkimin rəsmi yazılı rəyi nəzərə alınmırsa, bu halda tibbi qərarı kim verir? Şəkər xəstəliyi kimi həyati təhlükə yaradan xəstəliklərdə dərman təminatına limit qoyulması hansı normativ sənədə əsaslanır? Ən əsası isə, hər iki ayağı amputasiya olunmuş, ağır vəziyyətdəki bir vətəndaşın dərmanının azaldılması hansı humanist və tibbi məntiqə sığır?
Qeyd edək ki, dərman təminatındakı bu cür süni məhdudiyyətlər xüsusilə xroniki və ağır xəstələr üçün ciddi fəsadlara, hətta geri dönməz nəticələrə yol aça bilər.
Mövzu ilə bağlı aidiyyəti qurumların Siyəzən şəhər poliklinikasının, TƏBİB-in və Səhiyyə Nazirliyinin məsələyə aydınlıq gətirməsini gözləyirik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Yenicag.az
Kainat.tv
TƏBİB-in "limit" siyasəti, yoxsa poliklinika rəhbərliyinin özbaşınalığı? – Siyəzəndən ŞİKAYƏT
23
yanvar
12:14
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
Tibbi arayış almaq niyə bu qədər ÇƏTİNDİR? - Poliklinikadan REPORTAJ
Sosial müavinətlər artırıldı - Fərman
Təcili Tibbi Yardım maşınları üçün müəmmalı tender oyunu
İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI