Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını təşkil edən 32 yaşlı Anar Əhmədov, eləcə də 25 yaşlı Əli Seyidzadə saxlanılıblar.
Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.


Kainat.tv