Əvvəlki adı “Royal Education” olan, sonra adını xaricdə təhsil olaraq dəyişdirən şirkət barədə Baku TV-nin qaynar xəttinə şikayət daxil olub.
Türkiyəli tələbə Qonca Gül Kocaman iddia edir ki, Makedoniyada yerləşən universitetdən Türkiyənin universitetlərindən birinə köçürülmək məqsədilə bu şirkətlə əlaqə saxlayıb.
Tərəflər müəyyən pul müqabilində öz aralarında razılaşıblar və şikayətçi pulun yarısını ödəyib. Amma şirkət bunun müqabilində heç bir iş görməyib.
“Məndən 23 000 dollar tələb etdilər. Məbləğin 11 500 dollarının prosesdən əvvəl, qalanının isə proses başa çatdıqdan sonra ödənilməli olduğunu dedilər. Lakin bir il ərzində müxtəlif vaxtlarda hissə-hissə ödəniş etdim. Nəticədə 3 000 dollar artıq olmaqla, ümumilikdə 16 000 dollar ödəniş almalarına baxmayaraq, heç bir əməliyyat aparılmadı. Sonradan isə bildirdilər ki, əgər bu məsələni ictimailəşdirsəm və ya rəsmi qurumlara müraciət etsəm, Türkiyədə barəmdə məhkəmə işi açılacaq”, – deyə şikayətçi bildirib.
Şirkətin sahibi olduğunu bildirən İfrat Göyüşov isə qeyd edib ki, prosesin gecikməsinin səbəbi tələbənin ödənişləri vaxtında və tam şəkildə yerinə yetirməməsidir.
O əlavə edib ki, şirkət tərəfindən universitetə ödəniş gecikdiyi üçün qəbul prosesi növbəti ilə qalıb: “Hazırda məsələ araşdırılır. Əgər şirkətin hər hansı bir günahı müəyyən edilərsə, bunun məsuliyyətini daşımağa hazırıq”.
Kainat.tv
Xaricdə təhsil mərkəzi tələbənin belə aldadıb -Video
21
yanvar
12:36
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Gəncləri xaricdə təhsil adı ilə aldadan “Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….
Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir — ŞİKAYƏT
İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
“Olympus” MTK “rəhbəri” Rəfael Qarayev: “Mənim barəmdə deyilənlərin hamısı yalandır”
Şükürov ona işgəncə verən ermənilərin adlarını çəkdi - MƏHKƏMƏ (FOTOLAR)
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI