“Bəzi məktəblər bağlanacaq və şagirdlər distant təhsilə keçəcəklər. Uşaqlar məktəbə gedib-gələndə sosiallaşır. Sinifdə 5 uşaq olsa belə, tək övladı olan ailə üçün bu, bir dəstəkdir. Hər bir uşağın sinif yoldaşları olmalıdır. Bu, onların mənəvi haqqıdır. Dəcəlliyi də birlikdə edirlər, bayramı da birlikdə keçirirlər və bu xatirələr yadda qalır. Amma distant təhsildə bunlar yoxdur”.
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Mehman Rəsulov “Xəbər ertəsi” verilişində deyib. O, distant təhsilin uşaqlarda sosiallaşma probleminə səbəb olacağını bildirib:
“Onsuz da uşaq bütün günü evdə ana və atasını görür. Bu uşaq çölə çıxmalı, sinif yoldaşları ilə futbol, basketbol oynamalıdır. Yoxsa evdə oxu, digər otağa keç, distant təhsil al. Bu təhsilin zərəri təkcə məktəbə getməmək deyil, uşaqlar sosiallaşma problemi yaşayacaqlar”.
Aparıcı Aytən Səfərova isə fikirlərini belə ifadə edib:
“Maraqlıdır ki, qərar qəbul olunur: ‘Distant təhsilə keçsinlər’ vəssalam, imza atılır. Bəs o uşağın bu təhsilə keçməsi üçün planşeti, evində interneti varmı? Digər lazımi şərait mövcuddurmu? Bunlar necə tənzimlənəcək? Çində uşaqlar metroda da dərs oxuyurlar. Ora Çindir... Son zamanlar Azərbaycandan alim çıxıbmı? Bizim uşaqlar isə əsasən repetitor yanına gedirlər. Təhsil məsələsində hər dəfə bir yenilik olur, hansının şagird və valideynin xeyrinə olduğu isə adamı çaş-baş salır”.
Qeyd edək ki, ötən ay elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində yeni tədris ilindən şagird sayı az olan məktəblərin distant təhsilə keçiriləcəyini açıqlamışdı.
Kainat.tv
Distant təhsilin tətbiqinə etiraz etdilər
16
yanvar
11:58
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilərlə tanış olub
Bir həftədir məktəblərdə tədris “iflic” olub
Emin Əmrullayevə AÇIQ MƏKTUB – Nazirlər Kabinetinin qərarı olmadan evdə fərdi təhsil məktəblərini necə bağlayırsınız
"Daxilimdə bir səs mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm" - Əhmədin dəhşətli etirafları (FOTOLAR)
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - ortada dəlil var, sübut var...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI