“Hüquqlarımı qorumalı olan vəkil məni intihar həddinə çatdırıb. Özünün yarıçılpaq, qeyri-etik fotolarını göndərir, əxlaqsız təkliflər edir”.
Bu iddia ilə “qafqazinfo”ya ixtisasca həkim olan L.Abdullayeva müraciət edib.
Bakıda yaşayan şikayətçi bir müddət əvvəl dələduzluq faktı ilə üzləşdiyini və müdafiə məqsədilə vəkil Raul Ramazanovla müqavilə bağladığını deyir.
Qadının sözlərinə görə, aralarında yalnız rəsmi və məsafəli münasibət olsa da, bir müddətdən sonra vəkil tərəfindən telefonuna əxlaqsız təkliflər və qeyri-etik şəkillər göndərilib. Şikayətçi deyir ki, dəfələrlə bu barədə vəkilə xəbərdarlıq edib müqaviləni dayandıracağını desə də, vəkil onu hədələməkdən əl çəkməyib: “Ötən il iyun ayının əvvəlində vəkil Raul Ramazanovla üz-üzə görüşdük və 12 nömrəli vəkil bürosunda müqavilə bağladıq. Mən ona etibarnamə verdim ki, məhkəmədə hüquqlarımı müdafiə etsin. Bir neçə ay sonra mənə əxlaqsız təkliflər etməyə başladı. Razılaşmayanda isə istintaq prosesində mənim hüquqlarımı lazımi şəkildə qorumayacağını, işimi buracağını dedi. Mən əminəm ki, bunu da edər.
Bu qeyri-etik mesajlar, əxlaqsız təklifləri bir qadın olaraq şərəf və ləyaqətimə toxunub. Bu günə kimi Raul bəy daxil, hər kəslə rəsmiyyəti qorumuşam və buna diqqət etmişəm. Əsla belə davranışlara layiq biri deyiləm. Məcbur qalıb müqaviləni pozacağımı, yeni vəkillə müqavilə bağlayacağımı dedim. Çünki artıq onunla işləyə, göndərdiyi qeyri-etik, yarıçılpaq şəkillərini qəbul edə bilmirdim...”
Şikayətçi vəkilin ona göndərdiyini bildirdiyi fotoları da redaksiyamıza təqdim edib, lakin şəkillərin qeyri-etik olduğunu nəzərə alaraq yayımlamırıq. L.Abdullayeva problemlə bağlı aidiyyəti dövlət orqanlarına, eyni zamanda Vəkillər Kollegiyasına müraciət etdiyini əlavə edib.
İttihamlarda adı hallanan vəkil Raul Ramazanovla əlaqə saxlasaq da, o, söylənilənlərin həqiqətə uyğun olmadığını bildirərək telefonu söndürdü: “Yalandır, şər-böhtandır...”
Məsələ ilə əlaqədar Vəkillər Kollegiyasına da sorğu ünvanlamışıq.
Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü olan R.Ramazanov 8 ildir ki, vəkil olaraq fəaliyyət göstərir. O, hazırda 12 saylı Vəkil Bürosunda çalışır.
Kainat.tv
Vəkil müştərisi olan xanıma çılpaq şəkillərini göndərib? - Bakıda
15
yanvar
12:10
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir — ŞİKAYƏT
General Raul Zeynalov şabalıd alveri edirmiş
Cənab SAMİR NURİYEVƏ AÇIQ MƏKTUB - Giyasli Group MMC heç Ali Məhkəmənində qərarını saymır...
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI