“03.12.2025-ci il tarixində “Adore” mağazasının Gənclik Mall filialından Tizana Terenzi Kirke (402 AZN, endirimlə 281.40 AZN) ətir məhsulu almışam. Məhsulu açıb istifadə etdikdən sonra onun keyfiyyətinin və qalıcılığının çox aşağı olduğunu müşahidə etdim. Məhsulun üzərində üstün notların meyvə notları olduğu göstərilsə də, real istifadədə kəskin və xoşagəlməz qoxu gəlir. Bundan əlavə, flakon üzərindəki seriya kodunun basma üsulla vurulması məhsulun orijinallığı ilə bağlı məndə ciddi şübhə yaratdı”.
Bunu Bizim.Media-ya müraciət edən Abşeron rayonu, Məhəmmədi qəsəbəsi,Nəbi Xəzri küçəsində yaşayan Mehdiyeva Gülər Bayram qızı deyib. O əlavə edib ki, məsələ ilə bağlı mağazaya müraciət edib:
“Lakin mağaza əməkdaşları məhsulun orijinal olduğunu bildirsələr də, mənə köməklik göstərmədilər və “hara istəyirsiniz şikayət edin” deyərək qeyri-ciddi münasibət sərgilədilər. Halbuki məhsul mənə satılarkən satıcı tərəfindən onun qalıcılığının və keyfiyyətinin yüksək olduğu deyilmişdi. Qeyd edim ki, “Adore” mağazasının müdiri ilə də əlaqə saxlasam da, şikayətim eşidilmədi”.
“Ətriyyat malları geri qaytarılmır”
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Nazirlər Kabinetinin 114 saylı qərarına əsasən ətriyyat malları geri qaytarılmayan və dəyişdirilməyən mallar siyahısına daxildir.
“Vətəndaş aldığı və sonradan narazı qaldığı ətriyyat mallarını heç cür geriyə qaytara bilmir. Çünki qanundakı boşluq birtərəfli qaydada sahibkarın maraqlarını müdafiə edir. Sahibkarlar da bu boşluqdan istifadə edib istehlakçılara aşağı keyfiyyətli və qeyri-orjinal məhsullar satırlar. Şikayət olanda isə Nazirlər Kabinetinin 114 saylı qərarını əsas tuturlar”.
Məsələ ilə bağlı “Adore” mağazası rəhbərliyinin mövqeyini öyrənmək istədik. Lakin rəhbərlik telefon zənglərimizə cavab verməyib.
Kainat.tv
“Adore” mağazasından ŞİKAYƏT - “Orijinal adı ilə keyfiyyətsiz ətir satıblar”
07
yanvar
13:04
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir — ŞİKAYƏT
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI