Bu problemi dəfələrlə ictimailəşdirən aparıcı Nigar Sabirqızı şirkətlə bağlı növbəti dəfə paylaşım edib. O bildirib ki, narahatlıq yaradan tikinti zamanı bütün yaşıllıqlar məhv edilir, ancaq nə qarşısını alan var, nə də müdaxilə edən:
“Səhər pəncərədən baxanda onsuz da eybəcər şəklə salınmış mənzərəmizdə “Avant”ın yeni əl işini gördüm. Onsuz da ərazidəki ağacları məhv etmişdilər, olan-qalan 4-5 ağacı da belə məhv edirlər. Gecə yaratdıqları səs-küyün səhər açılanda nəticələrini görürük”.

Narazılığa səbəb olan böyük tikinti işləri aparan “Avant Group” MTK 07.05.2012-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 milyon 100 manat olan MTK-nın qanuni təmsilçisi Kazımlı Kamran Rizavan oğludur.
Həmçinin bildirək ki, MTK son 2 ildə adını 2 dəfə dəyişib. 2020-ci ilin dekabr ayına kimi MTK-nın adı “Güvən”, 2021-ci ilin oktyabr ayına kimi isə “İnternational Developmet Group” olub.
Qarşı tərəfi dinləməyə hazırıq.
Tribuna.az
Gülşən Rəsul
Kainat.tv