“Trendyol” əmtəə nişanından istifadə etmənin qarşısının alınması və kompensasiya ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.
Teleqraf-ın məlumatına görə, iddiaçı cavabdeh qismində Bakının Maştağa qəsəbəsində fəaliyyət göstərən “Brendyol”u göstərib.
İddia ərizəsində qeyd edilib ki, Azərbaycan ərazisində qorunan “Trendyol” əmtəə nişanına oxşar “Brendyol” söz nişanı və ya onlara qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarından istifadə cavadehə qadağan olunmalıdır. Eyni zamanda iddia tələbində Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən mağazanın girişindən, reklam lövhələrindən “Brenyol” söz nişanının sökülməsi, o cümlədən, “İnstagram”, “TikTok”da və “Google Maps”da (Google Xəritələr) cavabdehin mağazasına aid səhifələrdə oxşar əmtəə nişanlarının yığışdırılması qeyd olunub.
Bundan başqa, “Trendyol” vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə 50 000 manat kompensasiya tələb edib.
Bakı Kommersiya Məhkəməsi “Trendyol”un iddiasını qismən təmin edib. Qərara əsasən, “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanından istifadə cavabdehə qadağan olunub. Vurulmuş ziyan və çəkdiyi xərclərin əvəzində isə “Brendyol” “Trendyol”a 7 000 manat kompensasiya verəcək.
Kainat.tv
“Trendyol” əmtəə nişanına görə “Brendyol”la məhkəmədə üz-üzə gəldi
05
yanvar
12:44
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Məhkəmə “Mutfakçı Azərbaycan”la bağlı qərar verdi – Qüsurlu mebel, maddi ziyan…
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qrant qazanan özəl bağçalarda qiymət qalmaqalı - Nazirlik aydınlıq gətirdi
Azərbaycanda kommunal borclar SİLİNƏCƏK - Bu QƏRARA GÖRƏ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI