Bakıda 32 yaşlı gəlinini qətlə yetirdikdən sonra meyiti parçalara bölərək zibil qutusuna atan qayınata - İdris Məhərrəmov barəsindəki qərardan yenidən kassasiya şikayəti verib.
Kainat.tv Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.
Hazırda şikayət hakim Zaur Hüseynovun sədrliyi ilə araşdırılır.
Qeyd edək ki, 2021-ci il yanvarın 27-də paytaxtın Nəsimi rayonu Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin "102 - Zəng Mərkəzi"nə məlumat daxil olub.
Araşdırmalarla məlum olub ki, 32 yaşlı Banu Məhərrəmova Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində qayınatası, Babək rayon sakini İ.Məhərrəmov tərəfindən qətlə yetirilib. Daha sonra meyiti doğranaraq Nəsimi rayonunda yerləşən zibil qutusuna atılıb.
İdris Məhərrəmov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi İdris Məhərrəmovun apellyasiya şikayətini təmin etməyib. Ali Məhkəmədə şikayətə baxılarkən elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.
Bakıda gəlinini doğrayıb zibil qutusuna atan qayınata yenidən hakim qarşısında
29
dekabr
22:24
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI