Son günlər Eyyubovlar ailəsinin adının qalmaqallı məsələlərdə hallanması,Bəylər Eyyubovun qardaşı oğlanlarından birinin həbsi,digərinin vəzifədən uzaqlaşdırılması xəbəri ölkə mediasında şok effekti yaratdı.Halbuki,bu Eyyubovlarla bağlı olan ilk qalmaqal deyil.
"DİA-AZ" xatırladır ki, dəfələrlə Bəylər Eyyubovun daha bir qardaşı oğlu Robert Eyyubovun qanunsuz əməlləri barəsində ittiham dolu xəbərlər medianın gündəmini zəbt edib.Bunlardan biri də,Robert Eyyubovun "Sonar Farm" şirkətini qanunsuz yollarla ələ keçirməsi xəbəridir.Qeyd edək ki,50% payı Elnur İsgəndərova, 50% payı Mahirə Əsədovaya aid olan 21 milyonluq şirkət hədə-qorxu yolu ilə 300 min qarşılığında Robert Eyyubovun adına rəsmiləşdirildiyi bildirilir.
Hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 10 saylı Cəza Çəkmə Müəsissəsində saxlanılan İsgəndərov Elnur ifadəsində bildirib ki,vəkil Əziz Qənbərli tərəfindən daim təhdid edilib,bunun nəticəsində də şirkətini itirib.Eyni zamanda Elnur İsgəndərov Məzahir adlı şəxsin vasitəsi ilə 1 milyon 200 000 manat pulu da hədə qorxu yolu ilə özünü Prezidentin Təhlükəsizlik Xidmətinin işçisi kimi təqdim edən Samir adlı şəxsə verdiyini də ifadəsində bildirib.İddialara görə həmin məbləğ də Samirin əli ilə Robert Eyyubova çatdırılıb.Mövzunun aktuallığını nəzərə alıb şirkətin yaradıcısı olduğunu bildirən Mahirə Əsədova ilə əlaqə saxlayıb 1 milyon 200 min məsələsinə aydınlıq gətirməyə çalışdıq.
Mahirə xanım eyni zamanda "Sonar Farm" şirkətinin öncədən Robert Eyyubova aid olduğu xəbərinə də aydınlıq gətirdi.
Qeyd edək ki,şikayət üzrə Binəqədi polis İdarəsində araşdırma zamanı bütün şahidlər lazımi ifadələrini verib,səs yazıları təqdim olunub, lakin cinayət işi başlanmayıb.Bundan narazı qalan tərəfin hüquqlarını müdafiə edən türkiyəli vəkil İbrahim Köşdere Baş prokuror Kamran Əliyevə müraciət edərək məsələnin tam şəffaf və obyektiv şəkildə araşdırılmasına göstəriş verilməsini xahiş edib.Vəkilin müraciətindən sonra Binəqədi rayon Prokurorluğundan Rayon Polis İdarəsinə əlavə araşdırma aparılması üçün məktub göndərilib. Elnur İsgəndərovun şikayəti əsasında Binəqədi rayon Polis İdarəsində aparılan araşdırmadan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilib və iş araşdırma aparılması üçün Binəqədi rayon Polis İdarəsinə göndərilib.
Lakin özünü zərərçəkən tərəf kimi hesab edən Mahirə Əsədova baş prokuror Kamran Əliyevə müraciət edərək işin yenidən Binəqədi polis idarəsində yox,Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmasını xahiş edir.
Sonda Mahirə xanım onu da qeyd etdi ki,Prezident İlham Əliyevin dövlət idarəetməsində əsas prinsipi xalqa xidmət olub.Bu, dövlət idarəetməsinin dəyişməyən qaydasıdır. Çünki Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir, heç kim qanundan üstün ola bilməz. Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında bəyan edib ki, heç kim qanundan üstün deyil, heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur.Ümid edirik ki,bu məsələdə də haqq-ədalət öz yerini tapacaq.
Kainat.tv
Robert Eyyubov da CƏZALANA BİLƏR - BUNA GÖRƏ...
29
dekabr
17:54
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Robert Əyyubovun qanunsuz yolla ələ keçirdiyi şirkəti türkiyəli tanınmış vəkil müdafiə edəcək
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər - İLGİNC FAKTLAR
12 saylı Ərzai Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubova ağır İTTİHAMLAR - Bəylər Əyyubovun vergidəki qardaşı oğludur
Media nümayəndələri təltif edildi - Siyahı
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI