Bakı şəhəri Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 26/b ünvanında yerləşən “Duman” restoran-pub ətrafında ciddi təhlükəsizlik problemi yaranıb. Binada yaşayan sakinlərin iddialarına görə, restoran sahibləri qanunvericiliyin tələblərinə zidd olaraq qaz balonlarını yaşayış binasının zirzəmi hissəsində saxlayır və onlardan aktiv şəkildə istifadə edirlər.
Sakinlər bildirirlər ki, bu cür qaz balonlarının zirzəmidə yerləşdirilməsi partlayış və yanğın riskini xeyli artırır. Xüsusilə binada yaşlı insanlar və azyaşlı uşaqların yaşaması təhlükəni daha da ciddi edir. İddialara görə, zirzəmidə hər hansı təhlükəsizlik və havalandırma sistemi mövcud deyil ki, bu da mümkün qəza zamanı ağır nəticələrə səbəb ola bilər.
Bir qrup sakin məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini bildirir. Onların sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi, Nəsimi Rayon İcra Hakimiyyəti və digər məsul strukturlara şikayətlər ünvanlansa da, indiyədək restoran barəsində real tədbir görülməyib.
“Hər gün qorxu içində yaşayırıq. Zirzəmidə qaz balonlarının olduğunu hamı bilir. Amma nə yoxlama var, nə də xəbərdarlıq. Sabah bir partlayış olsa, kim cavabdeh olacaq?” – deyə sakinlərdən biri bildirir.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, yaşayış binalarının zirzəmilərində qaz balonlarının saxlanılması və istifadəsi qadağandır. Bu cür hallara yol verən obyekt sahibləri inzibati və cinayət məsuliyyəti daşıya bilər.
Məsələ ilə bağlı “Duman” restoran-pubun rəhbərliyindən mövqe almaq mümkün olmayıb. Aidiyyəti dövlət qurumlarının isə yaxın vaxtlarda məsələni araşdıracağı gözlənilir.
Sakinlər ümid edirlər ki, bu məsələ mediada işıqlandırıldıqdan sonra müvafiq qurumlar hərəkətə keçəcək və mümkün faciənin qarşısı alınacaq.Aztimes.az
VİDEO LİNKDƏ: https://xalq.online/duman-restoraninda-tehlukeli-veziyyet-videofakt
Kainat.tv
“Duman” restoranında təhlükəli vəziyyət-Videofakt
26
dekabr
13:56
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qrant qazanan özəl bağçalarda qiymət qalmaqalı - Nazirlik aydınlıq gətirdi
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Həbsdəki eks-generalın istintaqdan gizlətdiyi əmlakı üzə çıxdı – Dəyəri bu qədərdir
BAKI OĞRUSU: Zülfəli İsmayılov paytaxtımızı BELƏ XIRID EDİR... -MALƏSƏF, BU FAKTDIR...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI