"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə Xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun vəkili Asim Abbasov çıxış edib. O, şikayətini müdafiə edib.
Daha sonra prosesdə hökm oxunub.
Hökmə əsasən, İsfəndiyar Axundovun əməlində cinayət tərkibi olmadığı müəyyən edilib və ona bəraət verilib.
Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib.
Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.
Kainat.tv
Şərurlu İsfəndiyara bəraət verildi
26
dekabr
12:07
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir - həbs oluna bilər
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Yaşımla əlaqədar hiddətlənib bir-iki cümlə demişəm"
"Şərurlu İsfəndiyar": "Ramiz Mehdiyevlə bir əlaqəm varsa, dövlət cəzamı verəcək"
Şərurlu İsfəndiyar haqqında verilən ekspert rəyi açıqlanıb
"Şərurlu İsfəndiyar"la bağlı ekpertiza yekunlaşıb: Məhkəməyə gəldi
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI