Aparıcı Mətanət Əliverdiyeva ibtidai sinif şagirdlərinin hazırlığa göndərilməsi ilə bağlı valideynlərin narahatlığını dilə gətirib.
Bu barədə o, "Xəzər axşamı" verilişində danışıb:
"Mənim 1-ci sinifdə oxuyan övladım yoxdur. Son zamanlar sosial şəbəkələrdə mənə yazırlar və görürəm ki, analar nədən şikayət edirlər. 1-ci sinif şagirdlərinin 6 yaşları olur. Amma 5 yaşından biz onları məktəbəqədər hazırlığa göndərdik ki, sonra dərslərini yaxşı oxusunlar. Amma bizim dövrümüzdə 7 yaş olmadan məktəbə götürmürdülər.
İbtidai sinif müəllimlərindən xahişim var. Uşaqlar hər şeyi qavramaq iqtidarında deyil. 6 yaşında olan uşağı hansısa fəndən zəif olduğu üçün hazırlığa göndərmək nə deməkdir? Bu uşaq olimpiadaya gedir, yoxsa universitetə hazırlaşır? Analara "mən bacarmıram, hazırlığa göndərin" söyləmək nə deməkdir axı? Bu tələb Sumqayıt məktəblərindən gəlir. Mən hələ Bakını kənara qoymuşam.
O vaxt bizim sinifdə 45 şagird var idi. Müəllimimiz hamımızı öyrədirdi. Məni evdə anam öyrətməmişdi. Müəllim özünü əziyyətə verib hər şeyi izah edirdi. Amma indi uşaq oxuya bilmir, müəllim deyir ki, uşağı hazırlığa qoyun. Niyə? Məktəb nə üçündür? Birinci sinifdir, 6 yaşı var.
Ona görə də siz hazırlıqlı olun, bunu hamıya şamil etmirəm. Mən dərslikdən, oradakı ağırlıqdan danışmadım. Amma bu yaşda uşağı məşğələyə göndərmək sizin hazırlıqsızlığınızdır. Ana cibindən pulu hazırlığa verəcəksə, ibtidai sinif müəllimi niyə maaş alır?
Yəqin ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bilmir. Bilsəydi, tədbir görərdilər. Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasın. Onun işi az idi, biri də buradan çıxdı. Çünki valideynlər artıq neçə gündür ki, bu məsələ ilə bağlı müraciət edirlər". (axşam.az)
Kainat.tv
"Yəqin ki, bunu Emin Əmrullayev bilmir"
19
dekabr
12:32
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - ortada dəlil var, sübut var...
İlahə Həmidovanın və Mətanət Hüseynovanın əməlləri araşdırılsın
Seymur Məmmədov Zakir Fərəcovu yenə HƏDƏFƏ GƏTİRDİ…..
Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir — ŞİKAYƏT
" Əgər bu gün müəllimi də, şagirdi də məktəbdən narazıdırsa, o zaman nazirlik niyə var və orada çalışanlar niyə maaş alırlar? " deyə bilərdim, amma
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI