Komissiya beyin iflicindən anlaqsız olan şəxsi yerində müayinədən imtina edir
Xərəkdə Şamaxıya aparılan xəstəni orda müayinə etməyə, hətta maşından düşməyə belə İslam adlı “məsləhətçi qəssab” (beləsinə həkim demək haramdır) imkan verməyib
Bu iddialar Ağsu rayonu, Pirhəsənli kənd sakini, 63 yaşlı Xasayev Samir Alxan oğlu ilə bağlı Yenixeber.org-a daxil olmuş müraciətdə yer alır:
Ağsu rayonu, Pirhəsənli kənd sakini, 63 yaşlı Xasayev Samir Alxan oğlu 10 ildən çoxdur ağır şəkər, hipertoniya, Parkinson xəstəsdir, yeriyə, danışa bilmir. İl yarım qabaq həkim sayğısızlığından, baxımsızlıqdan komaya düşəndə xəstənin ailə üzvlərinə TƏBİB-dən zəng edib, Ağsu RMX və Şamaxı RMX-ya tapşırıq verildiyini deyiblər. Ağsu ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA) vermək üçün sənədləri Şamaxı Həkim Məsləhət Komissiyasına (HMK) göndərsə də, Şamaxı HMK komada olan xəstəni yerində yoxlamadan imtina edib. Xərəkdə Şamaxıya aparılan xəstəni orda müayinə etməyə, hətta maşından düşməyə belə İslam adlı “məsləhətçi qəssab” (beləsinə həkim demək haramdır) imkan verməyib. Beləcə 1 ildən çoxdur, xəstə ölüm-dirim savaşında, Ağsu və Şamaxı RMX özbaşına kef-damaqda. Və...
27.09.2025-ci ildə xəstənin durumu elə kritik həddə çatır ki, yenidən komaya düşür. 3 aydır tələb olunsa da, yenə də sənədləri DTSERA-ya göndərilməyib. Həkim sayğısızlığından , baxımsızlığından xəstə artıq beyin iflici keçirib, anlaqsız durumdadır. Amma Şamaxı HMK yenə də özbaşınalığından əl çəkmir. Ağsu RMX bütün məlumatları sistemə vursa da, Şamaxı HMK xəstənin videogörüntülərini tələb edib (?) Xəstənin oğlu videogörüntünü göndərəndə isə , 3 dəqiqənin uzun olduğunu, bir dəqiqəlik görüntü tələb edilib. (?) Özbaşınalığa baxın, vəzifələrini icra edib, xəstəni 30 kilometrlik məsafədə gəlib yoluxmurlar, 3 dəqidəlik görüntünün uzun olduğunu bəhanə edirlər. Belə həkim xidməti, məsləhət xidməti olar?
Prezidentə, 1-ci vitse-prezidentə, ali dövlət hakimiyyəti, hüquq-mühafizə orqanlarına, ombudsmana, tibbi qurumlara müraciət edən xəstənin doğmaları Şamaxı HMK-nın özbaşınalığına qiymət veriləcəyinə ümidlidirlər.
Kainat.tv
TƏBİB-in Şamaxı həkim komissiyası xəstəni iflic edib - Bu nə deməkdir?
17
dekabr
17:25
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şamaxı və Ağsu TƏBİB-(lər)i xəstəni yenidən komaya salıb - 10 ilin şəkər, ürək, “Parkinson” xəstəsinə icbari tibb(siz) sığorta “qayğısı” Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor TƏYİNATI
Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır – ŞOK GÖRÜNTÜLƏR / VİDEO
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN-də də müavindir?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI