“Birmarket” və “My Shops”: Müştəri hüquqlarının sistemli şəkildə tapdalanması
“Birmarket” platforması üzərindən “My Shops” mağazasından Xiaomi Redmi Note 14 (N: 31022765439) markalı telefon alan müştəri aylarla davam edən laqeydlik, yayınma və məsuliyyətsizliklə üz-üzə qalıb. Hadisə bir daha göstərir ki, satışdan sonra müştəri üçün heç bir real təminat mövcud deyil, məsuliyyət isə qurumlar arasında bilərəkdən ötürülür.
Müştəri 23 sentyabr tarixində aldığı cihazda cəmi 17 gün sonra – 10 oktyabrda ciddi texniki qüsurla (ikinci SIM kartın işləməməsi) qarşılaşıb. Qanunvericiliyin açıq tələblərinə baxmayaraq, cihaz 30 oktyabrda “14 günlük servis yoxlaması” adı altında təhvil alınsa da, faktiki olaraq 25 gün saxlanılıb və heç bir əsaslı araşdırma aparılmadan “nasazlıq aşkar edilmədi” qeydi ilə geri qaytarılıb. Daha da absurd olan odur ki, müştəri cihazı təhvil alan kimi eyni qüsur yenidən özünü göstərib.
Bundan sonra isə məsuliyyətsizlik zəncirvari şəkildə davam edib:
Birmarket problemi üzərindən ataraq “My Shops”a yönləndirib
My Shops məsuliyyəti servis mərkəzinin üzərinə atıb
Servis isə iki ayrı müraciətdə eyni qüsuru inkar edib
Bu, açıq şəkildə müştərini bezdirməyə, vaxt udmağa və hüququndan vaz keçirməyə hesablanmış davranışdır.
Daha da narahatedici məqam isə üçüncü müraciətdə üzə çıxıb. Bu dəfə “My Service” istehsal qüsurunun mövcudluğunu dolayısı ilə etiraf edərək təmir təklif edib. Lakin qanunvericiliyə uyğun olaraq, müştəri təmirdən imtina edib və rəsmi qüsur aktı tələb edib. Servis mərkəzi isə bu sənədi verməkdən imtina edib. Bu isə artıq sadəcə səhlənkarlıq deyil, istehlakçı hüquqlarının açıq şəkildə pozulmasıdır.
Nəticə etibarilə:
Müştəri nə pulunu geri ala bilir
Nə cihaz dəyişdirilir
Nə də rəsmi qüsur aktı təqdim olunur
Ən böyük məsuliyyət isə “Birmarket”in üzərindədir. Çünki müştəri məhz tətbiq üzərində yayımlanan “My Shops” reklamına inanaraq alış edib. Platforma olaraq satıcı seçiminə, servis prosesinə və hüquqi məsuliyyətə cavabdeh olan Birmarket, hazırda açıq-aşkar şəkildə məsuliyyətdən yayınır və müştərini tək buraxır.
Bu faktlar onu göstərir ki, burada söhbət təkcə bir telefon qüsurundan deyil, istehlakçıya qarşı sistemli hörmətsizlikdən gedir.
Müştəri artıq məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciət edib. Gözlənti odur ki, bu məsələ obyektiv araşdırılacaq və məsuliyyət daşıyan tərəflər – istər Birmarket, istər My Shops, istərsə də servis mərkəzi – qanun qarşısında cavab verəcək.
İstehlakçı hüquqlarının bu qədər açıq şəkildə tapdanması nə susqunluqla, nə də formal cavablarla ört-basdır edilə bilməz.
Mövzunu diqqətdə saxlayacağıq.
Hakimiyyet.az
Kainat.tv
“Birmarket” və “My Shops” ifşa olunur: Müştəri hüquqları açıq-aşkar tapdalanır ŞİKAYƏT
17
dekabr
12:17
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…
Fransanın insan hüquqlarına dair hesabatına tənqidi baxış - TƏHLİL
Şıx sanatoriyasının qara suyu: sağlamlığın əvəzinə xəyanət
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
Ramin Abdullayev “İNŞAAT SERVİS-2” MMC-yə 10-cu tenderi verdi – Bu dəfə də, bir milyon
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI