Təhsil eksperti Kamran Əsədovun Elm və Təhsil İșçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırıldığı ilə bağlı məlumatlar yayılıb. Qeyd olunur ki, K. Əsədov vəzifəsini sadəcə 20 gün yerinə yetirdikdən sonra işdən qovulub.
Modern.az-ın sorğusuna cavab olaraq, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqından bildirilib ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nərimanov Rayon Komitəsində 27 noyabr tarixində növbədənkənar seçki keçirilib. Seçkinin nəticələrinə ETİHİ Respublika Komitəsi Rəyasət Heyətində baxılıb və Kamran Əsədovun rəhbərliyi təsdiqlənməyib.
Qeyd edək ki, səsvermə qaydalarına əsasən ilk həmkarlar ittifaqı komitələrinin, həmkarlar ittifaqı rayon, şəhər hüquqlu komitələrin rəhbərləri (sədr və müavinlər) həmin komitələrin tərkibindən bilavasitə yığıncaq iştirakçıları, konfrans nümayəndələri tərəfindən və ya komitələrin iclaslarında seçilir, müvafiq olaraq yuxarı həmkarlar ittifaqı orqanının Rəyasət Heyəti tərəfindən təsdiq edildikdən sonra səlahiyyətli sayılır.
Xatırladaq ki, dekabrın 12-də isə onun barəsində cinayət işi açıldığına dair məlumat yayıldı. Cinayət işinin ibtidai istintaqı artıq yekunlaşıb.
Belə ki, hazırda məhkəmə istintaqı davam edir. Kamran Əsədov tanışı Gündüz Abbasovla birlikdə 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur. Onlara Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.
Kainat.tv
Kamran Əsədovun vəzifəsi yox imiş - RƏSMİ
16
dekabr
18:48
Qarabağ
OXŞAR XƏBƏRLƏR
ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Salyanda keçirilib
ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Qazax–Tovuz bölgəsində keçirilib - FOTO
COP29 gündəliyi - 14.11.2024
COP29 gündəliyi - 16.11.2024
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –Araz Paşayev Sahib Məmmədovun hədəfində
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI