Hər ilin sonuna yaxın cəmiyyətdə eyni maraq yenidən canlanır: qarşıdakı il bizi nə gözləyir? Siyasi proseslər, təbii fəlakətlər, regional və qlobal münasibətlər, eləcə də ölkədaxili hadisələrlə bağlı müxtəlif proqnozlar səsləndirilir. Bu proqnozları bəzən ekspertlər, bəzən isə qeyri-ənənəvi baxış bucağı ilə çıxış edən şəxslər irəli sürürlər.
Növbəti il ərəfəsində diqqət çəkən fikirlərdən biri də ekstrasens Zirəddin Rzayevin 2026-cı illə bağlı açıqlamalarıdır.
Zirəddin Rzayev Musavat.com-a verdiyi proqnozlarda bir sıra rezonans doğuran mövzulara toxunub, daxili siyasi proseslərlə bağlı diqqətçəkən iddia səsləndirib.
Ramiz Mehdiyevlə bağlı məsələyə toxunaraq bildirib ki, onun ardından "iki böyük vəzifəli şəxsin həbs olunacağını" görür. Rzayevin fikrincə, bu həbslər cəmiyyətdə ciddi rezonans doğura bilər.
Zirəddin Rzayev Rusiya–Azərbaycan münasibətlərinin gələcəyi barədə isə pessimist mövqe sərgiləyib. Bununla yanaşı, Azərbaycan–Ermənistan münasibətlərinə toxunan ekstrasens sülh prosesi ilə bağlı daha əvvəl də proqnoz verdiyini xatırladıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Paşinyan və Tramp ilə görüşü bu istiqamətdə ilk addım olub və siyasi baxımdan münasibətlər zamanla normallaşa bilər.
Lakin Rzayev hesab edir ki, iki xalq arasında yaranmış dərin psixoloji və mənəvi yaraların sağalması üçün uzun illər lazımdır. Onun fikrincə, təxminən 20 il keçməlidir ki, bu ağrı-acılar bir qədər səngisin və cəmiyyətlər arasında münasibətlər həqiqətən dəyişsin. Siyasi müstəvidə irəliləyiş mümkün olsa da, xalqların bir-birinə münasibətinin tezliklə düzələcəyinə inanmadığını da xüsusi vurğulayıb.
Kainat.tv
"Ramiz Mehdiyevin ardınca iki böyük vəzifəli şəxs də həbs olunacaq" - Zirəddin Rzayevdən ŞOK açıqlamalar
15
dekabr
20:38
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Baş nazir və hökumət üzvləri parlamentə gəldi - MÜZAKİRƏLƏR BAŞLADI
“Ekstrasens Etibar” ritualları ilə kimlərdən “CİN” çıxararaq “ARB” TV-də ekspert oldu? -Araşdırma
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Azərbaycan siyasətində yeni münasibətlər sistemi: iqtidarla müxalifət 4 saat nələrdən danışdı?
2025-ci ildə bürcləri hansı YENİLİKLƏR GÖZLƏYİR?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI