Azərbaycan Universitetində döşəmənin çökməsi, 18 yaşlı tələbənin yıxılaraq xəsarət alması ilə bağlı məlumat yayılıb.
Kainat.tv Anews.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində tələbə döş qəfəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Hadisə ilə bağlı Azərbaycan Universitetindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün səhər saatlarında baş verib: “Universitetdə iki mərtəbənin arasında “üzərinə çıxmaq olmaz” yazısı olan yüngül panel lövhələr var. I kurs tələbəsi həmin konstruksiyanın üzərinə çıxıb. Nəticədə o, mənfi birinci mərtəbədən mənfi ikinci mərtəbəyə yıxılıb.
Universitet tərəfindən tələbəyə ilkin tibbi yardım göstərilib, təcili yardım çağrılıb. Təcili tibbi yardım briqadası tərəfindən tələbəyə yerində ilkin tibbi xidmət göstərilib. Tələbə xəstəxanaya aparılıb və valideynlərinə məlumat verilib”.
Azərbaycan Universitetində hadisə: Tələbə II mərtəbədən yıxıldı
15
dekabr
19:26
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI