Bu ölkədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi adlı nəhəng iki qurum var. Onlardan birinin rəhbəri Mikayıl Cabbarovdur, diğəri də Sahil Babayev...
Görün nə baş verir...
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dövlət Vergi Xidməti salamat olmamış kimi https://new.e-taxes.gov.az/eportal/login/asan adlı
portal yaradıb.
Üzünə baxanda bilinir ki, bu portala az da pul xərclənməyib. Portaldan vergi bəyənnaməsi, e-qaimə, borclar və sair əməliyyatları etmək mümkündür. İnsafən deyim ki, pis deyil, amma düzgün işləmir.
Bu sistemdən etdiyin ödəmələr silinmir və olduğu kimi də qalır... Bir ucdan ödəyirsən, borcun ödənmir ki, ödənmir, bitmir ki, bitmir. Üstəlik də adını yazırlar qara siyahıya, sərəncama, əlin qolun bağlanır...
Zəng edirsən Dövlət Vergi Xidmətinə... Cavabları bu olur ki, Maliyyə Nazirliyi ilə əlaqə saxlayın, ödəməni təsdiqləsinlər... Yığırsan Maliyyə Nazirliyinə... Sahil Babayevin əməkdaşı da nə desə yaxşıdır - "Sizin ödəməniz bu gün görünməz ki, gözləyin, ya axşam zəng edin, ya da 3 iş günü keçsin sonra"...
Təsəvvür edin, Bakıdan Afrikaya pul göndərirsən Afrikadakı qara gədə pulu alır, sən öz ölkəndə ödədiyin pulu sistem 3 gün sonra görmür və hələ 3 günə görünəcək ya yox, onu da Sahil müllimlə, Mİkayıl cənab bilir... Bu pul yolda hara yoxa çıxır, hara gedir, harda tıxaca düşür, harda gözləyir?
Avtomatik sistemdir, ödəmə edildi, borc silindi, rəsmi təsdiqləndi, vəssalam...
Bütün əməliyyatları tək-tək kimsə təsdiqləməlidir ki?
Bəs qurumların elektronlaşdırılması, xidmətin avtomatlaşdırılması üçün büdcədən ayrılan milyonlar hardadır, hara xərclənib? Bu qədər ayrılan vəsaitə hansı iş görülüb?
İndi maraqlıdır, bu problem Maliyyə Nazirliyindədir, yoxsa İqtisadiyyat Nazirliydə?
Daha bir ciddi məsələ... Borc məsələn 10 manatdır, 15 manat ödəyirsən, sistem qəbul edir, demir day bəsdi, borcun bu qədər deyil... Pulun da gedir, əsəblərin də korlanır, problemin də həll edilmir...
Ədil Hüseynli
TEREF
Kainat.tv
Dövlət Vergi Xidmətinin portalı vətəndaşlara necə problem yaradır?
12
dekabr
14:27
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
DİN məlumat yaydı: Yaşı 25-dən 30-dək olanlar...
Dövlət Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq – Vətəndaşdan redaksiyamıza sensasion məktub-
Sahil Babayevin SİRRİ AÇILIR: Böyük əməliyyata hazırlıq – “QARA KASSALAR”, gizlinlər…
Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI