Quba Rayon Mərkəzi Xəstəxanasında aparılan maliyyə yoxlaması zamanı küllü miqdarda maliyyə pozuntuları aşkar edilib.
“7Times.az” xəbər verir ki, İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən həyata keçirilən yoxlama zamanı Quba Rayon Mərkəzi Xəstəxanasında küllü miqdarda maliyyə pozuntuları aşkar edilib. Bu maliyyə nöqsanları aşkarlandıqdan sonra isə, yəni ötən gün xəstəxananın maliyyə şöbəsinin baş mühasibi Babayev Elşən Baba oğlu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilib.
Şəxsi mənbələrdən əldə etdiyimiz məlumata görə, aşkarlanan maliyyə pozuntusunun təxmini miqdarının 500 min manatdan çox olduğu güman edilir. Bu vəsaitin hansı formada və şəraitdə yoxa çıxması məlum olmasa da, məbləğin həcmi hər halda bu əməlin bir göz qırpımında yanlışlıqla yol veriləcək sıradan bir nöqsan olmadığını isbat etmiş olur. Uzun illər o vəzifədə nöqsansız çalışan və müəssisənin ən iltizamlı əməkdaşlarından olan baş mühasib Elşən Babayevin birdən-birə belə bir maliyyə nöqsanına öz iradəsi ilə yol verməsi ehtimalı isə əlbəttə, inandırıcı deyil. Yoxlamalar hələ yekunlaşmamış, ortada bu qədər kütləvi məbləğ itkisinin olduğunu da nəzərə alsaq, Elşən Babayevin işdən azad edilməsi də görünür, iz itirməyə çalışan şəxsin və yaxud şəxslərin planının bir hissəsidir.
Kainat.tv
Quba Xəstəxanasında böyük maliyyə itkisi: 500 min hara yoxa çıxıb? - İTTİHAM VAR...
28
noyabr
11:03
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi
Sahil Babayev TƏBİB və İTS-də nələrin izinə düşüb? - İlginc detallar
Sahil Babayev TƏBİB və İTS-də bu pozuntuların izinə düşüb
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI