Seymur Orucovun rəhbərlik etdiyi Ağstafa Rayon İcra Hakimiyyəti və ona tabe qurumların cari ildə keçirdiyi tenderlər diqqət çəkir.
32gun.az-ın araşdırması zamanı məlum olub ki, idarəçilərin abadlıq və təmir adı ilə bağladıqları müqavilələrin ümumi dəyəri 1 milyon 297 min 352,55 manat təşkil edir. Bu vəsaitlərin hansı əsaslarla seçilən şirkətlərə verilməsi mübahisəli məqamlarla yadda qalır. Araşdırma göstərir ki, tenderlərin əhəmiyyətli hissəsi eyni şirkətlərin payına düşüb
Bağlanmış tenderlərin siyahısını təqdim edirik:
“ELTA Development” QSC — 311.520,17 AZN
Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən yolların təmiri işlərinin satın alınması üçün “ELTA Development” QSC ilə 311.520,17 manat dəyərində müqavilə imzalanıb.
“AZSUR GROUP” MMC – ardıcıl 3 tender
Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və Ağstafa RİH-in bu il həyata keçirdiyi üç müxtəlif tenderdə eyni şirkətin qalib gəlməsi xüsusi diqqət çəkir.
Bu tenderlər aşağıdakılardır:
Ağstafa şəhərində abadlıq işləri — 256.800,01 AZN
Kommunal binaların əsaslı təmiri — 149.638,17 AZN
Abadlıq işlərinin görülməsi — 388.409,43 AZN
Qeyd edək ki, “AZSUR GROUP” MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır, şirkətin qanuni təmsilçisi isə Rəşad İmanlı Yasəf oğludur. Bu qədər aşağı kapitalla milyonlarla manatlıq tenderlərə çıxıb qalib gəlməsi ictimai müzakirələrə səbəb olub.
“BUTA SUPPLY” MMC — 114.402,77 AZN
Nümayəndəlik tərəfindən “BUTA SUPPLY” MMC-yə şəhərdə işıqlanma və abadlaşdırma xidmətlərinin satın alınması üçün 114.402,77 manat ödənilib.
“Harmony Industrial Construction and Engineering Group” MMC — 76.582 AZN
Aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün tikinti materiallarının alınması məqsədilə keçirilən tenderin qalibi “Harmony Industrial Construction and Engineering Group” MMC olub. Müqavilənin dəyəri 76.582 manatdır.
Diqqət çəkən məqamlar
Tenderlərin böyük hissəsinin eyni şirkətə – nizamnamə kapitalı 10 manat olan “AZSUR GROUP” MMC-yə verilməsi şəffaflıqla bağlı ciddi suallar doğurur. “Abadlıq” adı altında milyonlarla vəsait ayrılmasına baxmayaraq, görülən işlərin real vəziyyəti ilə müqavilə məbləğləri arasında uyğunsuzluq məsələsi yenə gündəmdədir. Aztəminatlı ailələrə ayrılan məbləğin digər xərclərlə müqayisədə çox aşağı olması prioritetlərin hansı istiqamətə yönəldiyini göstərir.
– İcra Hakimiyyətinin seçdiyi nizamnamə kapitalı 10 manat olan şirkətin ( “AZSUR GROUP” MMC) maliyyə gücü və əməliyyat imkanları buna cavab verib-verməməsi sual doğurur.
Xatırladaq ki, Ağstafa dəfələrlə ağac kəsimi, "yaşıl terror"la gündəmə gəlib. Eləcə də abadlıq işləri görən Ağstafada bir nüçə gün öncə rayon sakinləri ərazidə yerləşən avtomobil körpüsünün qəzalı vəziyyətdə olması gündəm olmuşdu
Kainat.tv
11 ayda 1,3 milyon manat — Seymur Orucovun icra başçısı olduğu Ağstafada bu məbləğ nəyə xərclənib? + SİYAHI
24
noyabr
11:40
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
Tahir İskəndərov və Elxan Paşayevin şirkəti tender kralına çevrilir
Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Regional Su Meliorasiya Xidməti “AZSUR GROUP” MMC-ni 20 gündə 28 tenderin qalibi seçdi – Antiinhisar hara baxır?
Regional Su Meliorasiya Xidməti “AZSUR GROUP” MMC-ni 20 gündə 28 tenderin qalibi seçdi – Antiinhisar hara baxır?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI