Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev bir həftədir ki, Londondadır. Bunu özü deyib. Məsələ ondadır ki, iki gün əvvəl mətbuatda Qarayevin 69 yaşını Bakıda təmtəraqlı şəkildə qeyd etdiyi barədə məlumatlar dərc edilmişdi. Lakin sabiq nazir bu xəbərləri təkzib edib. Sən demə, nə ad günü, nə təmtəraq...? Kişi İngiltərə paytaxtındaymış. Özü də özünün dediyinə görə, Londona “mühazirə deməyə” gedibmiş...
Təbii ki, sabiq nazir mühazirə söhbətini 99 faiz, sadəcə, ona sual verən jurnalisti və bunu oxuyan cəmiyyəti “azdırmaq” xatirinə ortalığa atıb. Bütün sabiqlər və bəzi indikilər kimi, onun da Avropa paytaxtlarının birində, hətta bir neçəsində mülkünün, biznesinin olduğu şübhə doğurmur və bu cür səfərlər də adətən, məhz həmin yerlərə baş çəkmək üçündür...
Yoxsa, ingilislərin nəyinə lazımdır Qarayevin mühazirəsi? Nədən danışa bilər axı Qarayev onlara? Vaxtı ilə rəhbərlik etdiyi nazirlikdə baş verən korrupsiya, büdcə talançılığı və saxtakarlıqdan başqa hansı fövqəladə bilikləri və təcrübəni bölüşə bilər?
Yaşı 70-i haqlayan və bu illərin 12-ni İdman və Gənclər, 14-nü Mədəniyyət naziri postunda keçirən Qarayevin idmana, mədəniyyətə, incəsənətə 14 qram xeyri dəymədiyi halda, onun bu vəzifədə olduğu dövrdə nazirlik xətti ilə büdcədən on milyonlar, yüz milyonlarla pul oğurlanıb. Təkcə rəsmi istintaqın nəticəsinə görə başçılıq etdiyi nazirlikdə onun müavini Rafiq Bayramov, şöbə müdiri Zakir Sultanov da daxil olmaqla xeyli sayda məmur həbs olunub. Lakin Azərbaycan reallığlında əksər hallarda olduğu kimi, bu adamların korrupsiya, talançılıq əməllərinin sübut edilməsinə, hətta bütün bunların nazirin məlumatı və nəzarəti altında həyata keçirildiyinə dair istintaqa ifadələr verilməsinə baxmayaraq, nazir özü məsuliyyətdən kənarda qaldı.
Ə.Qarayevin sabiq müavini Rafiq Bayramov istintaq zamanı regional mədəniyyət idarələrinin rəislərindən, həmçinin tenderlərdə qalib gələn şirkətlərdən aldığı bütün pullardan nazir Əbülfəs Qarayevin xəbərinin olduğunu və pulları şəxsən ona verdiyini demişdi. Zakir Sultanov da ifadəsində deyib ki, aldığı rüşvətin 2,5 milyon manatdan çoxunu şəxsən Qarayevə verib. Bu, sadəcə bir epizod üzrə olan cinayətdir...
Ancaq Qarayev fəaliyyəti dövründəki talançılıqla bağlı sualı cavablandırarkən deyib ki, “günahkarlar öz cəzasını çəkiblər”. Yəni ki, günahı əməkdaşlarının, müavinlərinin üstünə atıb, öz yaxasını isə kənara çəkib.
Yəqin, ingilislərə oxuyacağı mühazirələrdə də məhz bu “istedadının” - rəhbərlik etdiyi nazirlikdə min cür “zibil törədilməsinə”, dövlətin, büdcənin, xalqın talanmasına baxmayaraq aradan çıxmağın, yəni, “sudan quru çıxmağın” sirlərini açacaq...
Acı reallıq ondan ibarətdir ki, Azərbaycanın məmur-oliqarx mühitində utanmazlıq və “bacarana baş qurban” prinsipi başlıca prinsip kimi hələ də “at oynadır”. Rəhbərlik etdiyi nazirlikdə, komitədə, icra hakimiyyətində və s. müavinindən az qala xadiməsinə qədər xeyli sayda adam korrupsiyaya görə həbs edildiyi halda, belə cinayətlərin əsas iştirakçıları, Azərbaycan cəmiyyətinin dövlətə, ədalətə, gələcəyə inamına sarsıdıcı zərbə vuran şəxslər oğurladıqları pullarla londonlarda, parislərdə gəzir, ad günü keçirir, kef edir, biznes qurur, mülk alır və sair. Təəssüf ki, Azərbaycandakı bu reallıq dəyişmədikcə, hələ çox qarayevlər, qaralovlar, həsənovlar, mahmudovlar və s. görə bilərik...
“AzPolitika.info”
Kainat.tv
Əbülfəs Qarayev Londonda ingilislərə “dərs” keçir
19
noyabr
14:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Olympus” MTK “rəhbəri” Rəfael Qarayev: “Mənim barəmdə deyilənlərin hamısı yalandır”
Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir — ŞİKAYƏT
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti... - Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı?
Baş nazir və hökumət üzvləri parlamentə gəldi - MÜZAKİRƏLƏR BAŞLADI
Yaxın onillikdə Azərbaycanda inflyasiya necə dəyişəcək? - TƏHLİL
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI