Son dövrlər QHT sektorunda satınalınma, QHT-lərin, habelə müvəqqəti işlətməyə verilmiş QHT-lərin ölkədəki əksər donorların keçirdiyi qrant müsabiqələrində qalib gəldiyinin şahidi oluruq.
Biri QHT satır, digəri QHT icarəyə verir, başqa biri isə donor təşkilatla digər QHT-lər arasında vasitəçilik edir.
Təbii ki, hər bir QHT-nin istənilən qrant müsabiqələrində səmərəli təşəbbüslərlə çıxış edib, qalib olması onun doğal haqqıdır. Lakin, bu sektorda hamı bir-birini gözəl tanıdığı üçün qrantların necə əldə edilməsi də, onların necə reallaşdırılması da çox yaxşı bilinir.
Bu istiqamətdə Yenixeber.org-a ötürülən məlumata görə, bir neçə şəxsin pulla aldığı təşkilat hazırda Elm və Təhsil Nazirliyindən, QHT-lərə Dövlət Dəstəyi Agentliyindən, Gənclər və İdman Nazirliyindən, Gənclər Fondundan, Mədəniyyət Nazirliyindən və bir çox özəl şirkətdən külli miqdarda maliyyə yardımı, qrant alır.
Eləcə də şəxsən tanıdığımız başqa bir şəxs bir nəfərdən ona məxsus QHT-ni müvəqqəti icarəyə götürüb(?) Hər qrant aldığı layihədən təşkilatın qanuni rəhbərinə müəyyən vəsait verir. Bunu qrant aldığı QHT-lərə Dövlət Dəstəyi Agentliyində də, yuxarı təşkilatlar da yaxşı bilir.
Yəqin ki, bu faktları heç kim inkar edə bilməz. Bütün bunlar donor təşkilatların məsuliyyət məsələsi olmaqla yanaşı, yoxlayıcı qurumların keçirdikləri auditlərin səhihliyindən xəbər verir. Onlar yoxlama apardıqları qurumlarda müəyyən sövdələşmələr apararaq, bütün qanun pozuntularını görməzdən gəlirlər.Bir media resursu olaraq, biz bu faktları biliriksə, yoxlayıcı qurumların bunları görməzdən gəlməsi ciddi suallar doğurur.
Bazar olsun…
Bütün bunlar onu göstərir ki, QHT sektoru qanunvericilik çərçivəsində deyil, bazar prinsipləri ilə idarə olunur. Biri QHT satır, digəri QHT icarəyə verir, başqa biri isə donor təşkilatla digər QHT-lər arasında vasitəçilik edir.
Digər bir fakt isə QHT adlarının dəyişdirilməsi ilə bağlıdır. Son vaxtlar xeyli sayda qeyri-hökumət təşkilatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyindən maliyyə yardımı almaq üçün adlarında və nizamnamə məqsədlərində dəyişiklik aparmışdır.
Ailə QHT-ləri isə ayrı bir mövzudur. Bu da faktdır ki, bir ailənin bir neçə üzvü eyni qrant müsabiqələrində qalib ola bilir. Donor qurumlar dildə bunu inkar etsələr də, fakt qrant nəticələrinə dair elanlarda əks olunur.
Bu QHT-lər də, onların patronlarının kimliyi də Yenixeber.org-a ötürülən məlumatlarda yer alır. Müəyyən dəqiqləşdirmələrdən sonra bir-bir adları açıqlayacağıq…Hələlik isə onu bildirək ki, bu sırada sayt rəhbərlərinin adı daha çox hallanır(?)
Bütün bunlar dövlət büdcəsi hesabına həyata keçirilən qrant müsabiqələrində şəffaflıq və qanunçuluq prinsipləri ilə yanaşı, ədalət prinsiplərinin pozulmasıdır. Real problem həlli ilə məşğul olmaq istəyən QHT-lər kənarda qalır, kimlərinsə icarəyə götürdükləri və ya satın aldıqları QHT-lər müsabiqə qalibləri olurlar.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva isə hər şeyin, hər zaman belə də davam edəcəyini düşünür kimi görünür…Hələ ki, ona bir "DUR" deyən tapılmır. Hələ ki,…
Mövzu ilə bağlı araşdırmalarımız davamlı olacaq.
Yenixeber.org
Kainat.tv
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! - Satılıq və icarə QHT-lər var
19
noyabr
11:52
Qarabağ
OXŞAR XƏBƏRLƏR
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:QHT sədrindən növbəti ŞOK FAKTLAR/FOTOLAR
QHT sektoru iki yerə bölündü, rəhbərliyin sevimliləri və “düşmən”lər… Layihə icra olunmadan 35230 manat məbləğində vəsait silinmişdi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -ŞOK FAKTLAR
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:Nədən Əli Quluzadə?!
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI