Son statistik məlumata görə “Azərbaycanda 1669 uşaq bağçası fəaliyyət göstərir, bu da sadəcə 16-17% uşağı əhatə edir.Adətən, işləyən valideynlər sistemlərini qura bilmək üçün övladlarının bağçalara yazılmasına çalışırlar.Nazirlik onlayn qeydiyyat prosesi yaratsa belə, əksər valideyinlər uşaqlarını yerlərin azdığı səbəbindən bağçaya yazdıra bilmirlər.
Çox təəsüflər olsun ki bəzi bağça müdirləri bağçada qruplarda boş uşaq yerləri olsa da, onlayn sistemi açmırlar ki, uşaqlar qəbul olunsun, bağça uşaqla tam dolsun.
Belə bağçalardan biri də Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 153 saylı uşaq bağçasıdır.Mediatv.az-ın redaksiyasına veilən məlumata görə, son bir il dörd ayda bu uşaq bağçasının 5-6 müdürəsi olub.2 aydan artıqdır ki, müdir vəzifəsini Nərgiz adlı kordinator icra edir.Bağçada qruplari qəsdən boş saxlayırlar ki,bağça bağlansın. Bağçaya uşaq qoymaq üçün müraciət edənlərə deyirlər ki, boş yer yoxdur. Halbuki hər qrupda azı 10-12 uşaq yeri var.153 saylı uşaq bağçasın geniş ərazisi olduğu üçün yerini tikinti şirkətinə yüksək qiymətə satıblar. İndi də müxtəlif bəhanələrlə işçiləri ixtisar etməklə məşğuldular.
Bundan əlavə bağçada təchizat çox pis gündədir. Uşaqlara hər gün suda qaynadılmış düyü və makarondan başqa ayrı heç nə verilmir.
Bu sadalananlar Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 153 saylı uşaq bağçasında baş verənlərdir. Ümumiyyətlə məktəbəqədər təhsil müəssisələrinin problemləri saymaqla bitməyəcək qədərdir. Bu problemlərdən ən dəhşətli olanı isə bağçalara uşaqların rahat oynaması, hava alması üçün ayrılmış həyətyanı torpaq sahələrinin satılması, bağça ərazisində göydələnlərin tikilməsidir.Bəs görəsən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun,eləcə də Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 153 saylı uşaq bağçasında baş verənlərdən,antisanitar vəziyyətdən və Nazirlər Kabinetini tərəfində müəyyən edilmiş qida normalarının çatdırımamasından xəbərləri varmı?
Mediatv.az
Kainat.tv
Dəyişiklik sırası bir gün Binəqədiyə də çatar: YOXSA GEC OLAR... - Başçının satmadığı yer qalmayıb...
13
noyabr
17:02
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir — ŞİKAYƏT
Ceyran göbəyi, qara yumurta, kəfən dönməsi - Bakıda 74 min alan falçının İLGİNC RİTUALLARI
Artan körpə ÖLÜMLƏRİ: Son 25 ilin ən yüksək GÖSTƏRİCİSİ - Səbəblər nədir, NƏ ETMƏLİYİK?
Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim TRAVMASI”
KEÇMİŞ SƏFİRİN AVROPADA TOPDAĞITMAZ SƏRVƏTİ ÜZƏ ÇIXDI-FOTOLAR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI