Bakıda mənzilə basqın edərək 75 yaşlı qadına qarşı quldurluq etməklə onu qətlə yetirməkdə təqsirləndirilən Süleyman Cəbiyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkənin yaxınlarının ifadəsindən sonra istintaq sənədləri tədqiq olunub.
Daha sonra prokuror çıxışı zamanı təqsirləndirilənin 20 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm elan olunaraq Süleyman Cəbiyev qəti olaraq 19 il azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə 2025-ilin mayın 28-də Sabunçu rayonunun Maştaga qəsəbəsindəki Albalılıq yaşayış massivində baş verib. Süleyman Cəbiyev 1950-ci il təvəllüdlü Jalə Əskərxanovanın yaşadığı evin həyətyanı sahəsinə keçərək yataq otağına daxil olduqdan sonra o, ev sahibəsinin boynuna bıçaqla ardıcıl zərbələr yetirib. 75 yaslı qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Daha sonra o qadının mənzilindəki 450 manatı götürərək hadisə yerini tərk edib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 120.2.11 və 101.3.3-cü maddələri üzrə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Kainat.tv
Maştağada 450 manata görə amansız qətl törədənə AĞIR CƏZA
07
noyabr
18:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
Bakıda 18 yaşlı gəncin qətlinin ilginc səbəbi: Hadisə baş verən evdən GÖRÜNTÜLƏR
Şükürov ona işgəncə verən ermənilərin adlarını çəkdi - MƏHKƏMƏ (FOTOLAR)
Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilərlə tanış olub
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI