Bakının Nizami rayonu, 250 nömrəli məktəbində valideynlərdən pul yığıldığı iddia olunur.
“Xəzər Xəbər”in vatsap qaynar xəttinə müraciət edən valideynlər belə deyirlər. Onların iddiasına görə, illərdir vatsapda yaradılmış qrup vasitəsilə onlardan müxtəlif adlar altında pul yığılır. Deyilir ki, sinif təmir olunmalı, pərdələr dəyişdirilməli, xadimə üçün pul yığılmalıdır.
Valideynlərdən kimisi bu kimi təşəbbüslərdən artıq təngə gəldiyini, kimisi isə məcbur qalılb ödədiyini deyir.
Valideynlərdən biri deyir ki, bununla bağlı ötən il məktəb rəhbərliyinə məlumat veriblər.
250 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirildi ki, 8-ci siniflərində pul yığımı ilə bağlı valideynlərin və müəllimlərin iştirakı ilə məktəbdaxili araşdırma aparılıb. Araşdırma zamanı məlum olub ki, 8c sinfində məktəb rəhbərliyinin xəbəri olmadan bir qrup valideyn tərəfindən öz təşəbbüsləri ilə vəsait toplanılıb. Lakin bəzi valideynlər narazı olduqları üçün təşəbbüs baş tutmayıb. Bu cür halların yolverilməzliyi valideynlərin və müəllimlərin diqqətinə çatdırılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirildi ki, sözügedən məktəbdə vəsait toplanması iddiası ilə bağlı araşdırma aparılacaq. Qurumdan o da qeyd edildi ki, məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.(Xəzər Xəbər)
Daha ətraflı videomaterialı təqdim edirik.
VİDEO LİNKDƏ: https://xalq.online/gulane-eliyevanin-rehberi-oldugu-250-sayli-mektebde-niye-pul-yigilir-2
Kainat.tv
Gülanə Əliyevanın rəhbəri olduğu 250 saylı məktəbdə niyə pul yığılır?
22
oktyabr
16:36
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Gülanə Əliyevanın rəhbəri olduğu 250 saylı məktəbdə niyə pul yığılır?
İlhamə Abdullayeva Abşeron təhsilini “Vosmoy” bazarına çevirib – Pul yığmaq, yeyinti, obyektlər...
Təranə Paşayevanın rəhbəri olduğu 153 saylı məktəbdə niyə pul yığılır?-Video
288 saylı məktəbin ,,Kraliçası'' Aygün Hüseynovanın erası bitir –Son sözü Üç nazirlik deyəcək!
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - ortada dəlil var, sübut var...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI