Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Kainat.tv-nin məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hadisə ilə bağlı rəy verən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri Təhmasib Bağırov və Lətif Əliyev ifadə veriblər.
Ekspertlər də öz növbəsində hadisə ilə bağlı verdikləri rəyi prosesdə izah ediblər.
Ekspert Lətif Bağırov deyib ki, ona təqdim olunmuş ilkin istintaq rəyi ilə onun verdiyi sonuncu rəy arasında ziddiyyət olmayıb. O bildirib ki, hadisə ilə bağlı rəyi hadisənin görüntülərini əks etdirən videonu tədqiq edərək verib.
Prosesdə təqsirləndirilən Azər Maqsudov ona qarşı qaldırılan mülki iddia ilə bağlı ifadə verib. O bildirib ki, dəfn zamanı nümayəndələr gedən zaman mübahisə yaranıb:
"Biz mərhumun böyük qardaşı ilə danışıb məbləğ müəyyən etmişdik. Sonra mərhumun həyat yoldaşı Türkiyədən zəng edərək razılaşmadığını deyib. Yaxınları mərhumun həyat yoldaşının şəhərdə iki ədəd ikiotaqlı ev istədiyini demişdilər. Sonra söhbət olub ki, 400 min manat pul istəyirlər, bu məbləği vəkillərlə razılaşıb 250 min manata düşürdüblər. Biz isə 45 min manat təklif edirik. Mən onların mülki iddiasını qəbul etmirəm".
Zərərçəkən tərəfin vəkilləri əlavə ediblər ki, hazırda qarşı tərəflə barışıq əldə olunmayıb.
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Qeyd edək ki, Azər Maqsudov noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi "Mercedes" markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksəksürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu Rayon Xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Onu da qeyd edək ki, hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub.
Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.
Azər Maqsudovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb: Barışıq əldə olunmayıb
20
oktyabr
21:05
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Tanınmış alim Arif Acaloğlunun öldüyü qəza ilə bağlı məhkəmədə barışıq təklif olunub
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
Şükürov ona işgəncə verən ermənilərin adlarını çəkdi - MƏHKƏMƏ (FOTOLAR)
Oliqarx oğlu son anda alimenti ödədi, ADINI da, SOYADINI da QIZINA VERDİ - FOTO
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI