Biləsuvar rayonunda yerləşən Mübariz İbrahimov adına Liseydə təhsil verilən uşaqların payına düşən yeməklər, görünür, rəhbərlik üçün əlavə qazanc mənbəyinə çevrilib.
Məlumata görə, liseyin direktoru Aqşin Bağırov, dövlətin təhsil müəssisəsinə göndərdiyi qida yardımlarını uşaqlardan kəsərək, eyni binada fəaliyyət göstərən Biləsuvar Texniki Peşə Məktəbinə satır.
Porsiyanın qiyməti — 3 və ya 4 manat. Bakunews.az xəbər verir ki, Dövlət “uşaqlar ac qalmasın” deyə yardım göndərir, amma həmin yardımı “peşə məktəbinin müəllimləri üçün nahar menyusu”na çevirirlər.
Bu “qazan-qazan” prinsipi ilə, bir tərəf – yəni direktor Bağırov qazanır, digər tərəf – müəllimlər “ucuz yemək” əldə edir, itirən isə yenə də uşaqlardır.
Əldə etdiyimiz məlumata əsasən, Texniki Peşə Məktəbinin direktoru Nərmin Muradlı da bu sistemin “alıcı tərəfi” rolunu oynayır.
Beləliklə, eyni binada yerləşən iki təhsil müəssisəsi arasında bir növ “yemək bazarı” formalaşıb: biri satır, digəri alır – dövlətin ayırdığı pay isə ortada əldən çıxır.
Bu vəziyyət bir daha göstərir ki, bəzi təhsil rəhbərləri üçün məktəb artıq maarif ocağı deyil, maliyyə dövriyyə nöqtəsi rolunu oynayır.
Əgər Mübariz İbrahimov kimi qəhrəmanın adını daşıyan bir liseydə belə hal yaşanırsa, deməli, təhsildə təkcə dərsliklər deyil, vicdan da korlanıb.
Belə getsə, yaxın zamanda məktəblərdə “dərs planı” ilə yanaşı “satış planı” da tərtib ediləcək – birində ədəbiyyat, digərində yemək porsiyası hesablanacaq.
Bakunews.az
Kainat.tv
"Qazan-qazan" prinsipi ilə təhsil biznesi - Uşaqların yeməyi, rəhbərin gəliri...
20
oktyabr
20:23
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Dövlət Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq – Vətəndaşdan redaksiyamıza sensasion məktub-
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Elçin Məmmədov mühüm təhsil ocağını bazara çevirib - Bakıda “kitayski” lisey
Yeni direktor məktəbi telefonla idarə edir
Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi özbaşına qalıb – Əliağa Kərimov da sabiq direktor kimi..
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI