"Hazırkı Azərbaycan millisinin yaxşı potensialı var".
Kainat.tv "Report"a istinadən xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:
"Bilirdik ki, gərgin oyun olacaq. Futbolçularımızda yorğunluq var idi. Oyunçularımız xarakter göstərdilər. Onların hər birinə təşəkkür edirəm. Üç gün aralığında böyük yığmalara qarşı oynamaq asan olmadı. Futbolçularımızdan inamlı, rahat olmaqlarını istəmişdik. Bu gün onu göstərdilər. Bəlkə də xal qazanmalıydıq. Qarşılaşmanın ilk 10-15 dəqiqəsi çox çətin keçdi. Qələbə qazanmaq istəyirdilər. Nəriman Axundzadə qol epizodunu dəyərləndirsəydi, bəlkə başqa cür olardı. Gələcəyə nikbin baxırıq, bu komandanın potensialı var. Ruh və istək olduqdan sonra nəticə gələcək. Evdə 2 oyunumuz var. O matçlara hazırlaşacağıq. Çalışacağıq ki, xallarımızın sayını artıraq".
Qeyd edək ki, Ukrayna - Azərbaycan oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə bitib.
Ayxan Abbasov: "Hazırkı Azərbaycan millisinin yaxşı potensialı var"
14
oktyabr
19:15
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayevə AÇIQ MƏKTUB – Nazirlər Kabinetinin qərarı olmadan evdə fərdi təhsil məktəblərini necə bağlayırsınız
VƏZİFƏDƏN ÇIXARILAN qalmaqllı NAZİR MÜAVİNİNİN QIZI da sərt CƏZA ALDI - İDDİA
“Təkrarolunmazlığı, xalqına və dövlətinə şərəfli xidmətləri ilə seçilən Azərbaycan Polisinin hər kəsə örnək olan ailə tarixçəsi” - Aybəniz jurnalistin araşdırmasında
İlham Əliyevin bu sözləri də gerçək olacaq, AZ QALIB...
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI