Lənkəranda tanınmış jurnalist Aydın Cana hücum olub.
KONKRET.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, hadisə rayonun Kərgəlan kəndində baş verib.
A. Canın sözlərinə görə, adıçəkilən, kəndinin keçmiş icra nümayəndəsi, hazırda Lənkəran rayon Yaşıllaşdırma İdarəsində işləyən Əflatun Əsgərovun hücumuna və təhqirlərinə məruz qalıb:
“O, vaxtilə kənd icra nümayəndəsi olub. Elə fikir yayır ki, guya icra nümayəndəsi olanda Taleh Qaraşovu (Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı) tənqid edirəm ki, bunu işdən çıxarsın. Mənə deyir ki, indi yaz da Taleh Qaraşovdan. Niyə yazmırsan? Onda məni təhqir və təhdid etdi. Deyir ki, yumruğu qoyaram ağzından, qan dolar ağzına. Əflatun Əsgərov Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun iki dəfə iki kəndə öz nümayəndəsi təyin etdiyi rəhbər, vəzifəli şəxsdir.
Baxmayaraq ki, Əflatun Əsgərovu dövlət qulluğunda olan şəxsin iş başında olma vəziyyətinə yaraşmayan formada olmasını irad tutan Lənkəran RİH ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri irad tutduğuna görə subordinasiya qaydalarını pozduğu, kobud davrandığı üçün işdən azad edib, amma yenə də humanist davranıb yenidən işə düzəlməyinə yardımçı olub.
Əflatun Əsgərov isə iki gün qabaq elə hədə-qorxu və təhqir ilə kəndin ortasında üstümə cumub ağır cinayətlərdə ittiham etməklə məndən tələb edirdi ki, niyə Taleh Qaraşovdan indi yazmırsan, hər şey düzəlib?.
A.Can söyləyib ki, Ə.Əsgərovun hərəkətləri barədə oktyabrın 13-də Lənkəran Rayon (Şəhər) Polis Şöbəsinə, prokurorluğa və məhkəməyə müraciət edəcək:
“Hədə-qorxu yolu ilə şantaj etməkdə, işlədiyi dövrlərin kompleks təftişi və xüsusi ittiham qaydasında şərəf və ləyaqətin təhqir ilə bağlı şikayət verəcəm”.
Kainat.tv
Lənkəranda vəzifəli şəxs jurnalistə hücum etdi
13
oktyabr
15:31
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir — ŞİKAYƏT
Dövlət Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq – Vətəndaşdan redaksiyamıza sensasion məktub-
Cənab SAMİR NURİYEVƏ AÇIQ MƏKTUB - Giyasli Group MMC heç Ali Məhkəmənində qərarını saymır...
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
KİMDİR HAQLI? HAKİMLƏR ELMAR RƏHİMOV VƏ ZAUR HÜSEYNOV YOXSA HAKİM ƏFQAN ƏLƏKBƏROV ?..
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI