207 saylı dövlət uşaq bağçasının valideynləri iddia edirlər ki, müəssisənin direktoru Yeganə Sadıqova dövlət büdcəsi hesabına təmin olunan ərzaqları özünə məxsus digər özəl uşaq bağçasına daşıtdırır. Valideynlərin sözlərinə görə, bağçada hər bir uşaq üçün əlavə olaraq 20 manat məbləğində “fond pulu” toplanır.Həmin pulu ödəməyən uşaqlar isə bağçadan uzaqlaşdırılır. Baku TV iddiaların nə dərəcədə əsaslı olduğunu öyrənmək üçün 207 saylı bağçada olub. Bağçanın tərbiyəçisi Rəna Qocayeva bildirib ki, Yeganə Sadıqova bu iddialara görə ərizə yazaraq vəzifəsindən ayrılıb: “Yeganə müəllimə bu söhbətlərə görə ərizəsini yazıb işdən çıxıb. “Fond pulu” burada könüllüdür, məcburi deyil. Yeganə xanımın bağçası yoxdur, özünün tədris mərkəzi var, o da təzəlikcə fəaliyyətə başlamışdı. O dedi ki, əgər mənim haqqım, əməyim itirilirsə, onda ərizəmi yazıb gedirəm”.Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 207 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyətinə dair iddialarla bağlı araşdırma aparılır: “Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Aşkarlanmış nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür. Müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq addımlar atılır”.Daha ətraflı Baku TV-nin videomaterialında:
Kainat.tv207 saylı körpələr evində direktor ərzaqları öz bağçasına daşıtdırıb?
09
oktyabr
11:29
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir — ŞİKAYƏT
Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim TRAVMASI”
Rəna Soltanovanın daha bir qurbanı DANIŞDI: "İşimdən oldum, külli miqdarda PUL İTİRDİM" - FOTOLAR
Emin Əmrullayevə AÇIQ MƏKTUB – Nazirlər Kabinetinin qərarı olmadan evdə fərdi təhsil məktəblərini necə bağlayırsınız
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI